Rəsul Quliyev kimin və ya nəyin qarşısını almaq istəyir? - açıqlama

img

06-09-2013 [12:36]


Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli ilə bağlı yeni açıqlama verib. 

Mia.az xəbər verir ki, Modern.az-a danışan Rəsul Quliyev üzvü olduğu Milli Şuranın seçkilərdə qalib gələ bilməyəcəyini etiraf edib.

Eks-spiker Cəmil Həsənlinin namizədliyini dəstəkləsə də, onun prezident ola bilməyəcəyi qənaətindədir:

 "Cəmil Həsənlinin prezident seçkisini udacağına inanmıram. Mən qeyd etdim ki, Cəmil Həsənlini dəstəkləyəcəyəm, demədim ki, onun udacağına inanıram. Sadəcə olaraq bəzi adamların "Rəsul Quliyev qoymadı, yoxsa Cəmil Həsənli prezident seçiləcəkdi” kimi cəfəngiyyatının əvvəlcədən qarşısını almaq istəyirəm”.

Qeyd edək ki, Milli Şurada təmsil olunmasına baxmayaraq, Rəsul Quliyev quruma qarşı əks münasibət sərgiləyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA