17-11-2019 [23:38]
Tanınmış televiziya aparıcısı Rövşanə Ağasəfqızı etiraf edib ki, ciddi verilişlər hazırlayanda, tamaşaçı qıtlığı yaşanır. O üzdən məcbur qalaraq, istəmədən qeyri-ciddi verilişlər hazırlamalı olur.
Görəsən, niyə tamaşaçı ciddi verilişlərə baxmır?
Mia.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Moderator.az-a açıqlamasında cəmiyyətin ən yaralı mövzusuna özünəməxsus münasibət sərgiləyib:
"Ümumiyyətlə, bizim televiziya məkanında baş verənlər şadlıq evlərində baş verənlərlə tam üst-üstə düşür. Adamlar səslə, yeməklə, ödəniş məbləği ilə, fonoqramla toy məclislərində necə aldanırlarsa, kütləvi şəkildə könüllü aldanmaq istəyən insan sürüsünün tələbləri ilə bu təklif təzad təşkil etmir. Cəmiyyətin böyük əksəriyyəti ciddiliyini itirmiş, vaxtı yola verməklə məşğul olan, bayağılıq mühitində düşüncəni yaxına buraxmayan bir xarakteri mənimsəyib. Doğrudan da ona hansı ciddi verilişi verəsən ki, sözlərin, fikirlərin üzərində düşünsün?
Sadəcə düşünməyə nifrət edən çoxluq var, televiziya da bu siyasəti məhz onların tələbatına görə yürüdür. Hamı bilir ki, artıq Xəzərdən balıq nadir hallarda tutulur, girən kimi toyda soruşur ki, yaxşı balığın var? Hamı bilir ki, araqlar xüsusi sexlərdə doldurulub firma adı ilə toy müştərilərinı sırınır. Yenə də soruşur ki, yaxşı arağın var? Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, minlərlə şadlıq evində, minlərlə restoranda it ətindən, eşşək ətindən dana basdırması adı ilə nəyi versən, ləzzətlə yeyəcəklər.
Televiziyaların, şadlıq evlərinin heç birinin burada suçu yoxdur, müğənni neyləsin ki, hansısa axmaq bir-iki saat fonoqram oxumasına 10-15 min manat pul ödəyəcək. O, imtinamı etməlidir?
Azərbaycanda sənətin, ədəbiyyatın, elmin elitarlığı çoküb, il ərzində yalnız beş-on tədbiri xatırlaya bilirsən ki, bayağılıqdan uzaq bir sənət, ədəbiyyat mühitində bir neçə saat zövqlə oturmusan".
Deputat deyib ki, ötən gün Muğam Mərkəzində Azərbaycanın ustad tarzəni Əkrəm Məmmədlinin 75 illik tədbirində gözəl bir sənət gecəsi yaşayıblar: "Bu mahir tar ifaçısının, 14 muğamı, 94 yallını nota köçürmüş bir şəxsiyyətin sonuncu dəfə aldığı ad bilirsiniz nədir? 1974-cü ildə Naxçıvan MSSR Əməkdar Mədəniyytət işçisi!
Süleyman Abdullayev, Akif İslamzadə kimi dəyərli sənətkarlarımız indi dinməyə də qorxurlar, layiqsiz xalq artisti adını daşıyanlar yığışıb başlarını yararlar e...
Elmdə də belədir. Özü dissertasiyasını, məqaləsini yazan akademik, professor, fəlsəfə doktoru görəndə, sevinirsən ki, bu ağ qarğa kimi məmləkətimizdə haradan peyda olub? Ona görə də, televiziyalar da, şadlıq evləri də bu cəmiyyətin çoxluğunun tələbinə uyğun davranmaqda haqlıdırlar".
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb