Almaniyada yaşayan azərbaycanlı jurnalist: “Artıq saxta müxalifətçilik keçmir, kim burada deyirsə ki...”

img

14-11-2019 [19:50]


"Bəllidir ki, vizalar, daha çox maklerlər vasitəsilə alınır. Kimsə deyirsə ki, "sənə kömək edəcəyik, Almaniyada yaşayış hüququ alacaqsan”, yalan deyir. Müəyyən məsələlərdə yardım edərlər. Əvvəllər sığınacaq üçün müraciət ediblər, proseduru bilirlər. Və bir də burada edəcəyin müraciətə yazılı formada kimisə əvvəlcədən hazırlayıb əzbərlədirlər”.

Bu barədə AYNA-ya Almaniyada yaşayan azərbaycanlı jurnalist Ramil İbrahimov məlumat verib. O, son zamanlar Almaniyada miqrantlar, eləcə də azərbaycanlı mühacirlərlə bağlı başlayan araşdırmalardan, həmçinin dünəndən bəri yaşanan həbslərdən danışıb.

Jurnalist bildirib ki, qabaqlar yaşanan saxtakarlıq halları hazırda ciddi şəkildə yoxlanılır: "Yalandan kağız üzərində xəstəlik və ya siyasi problem düzəldib buraya gəlməyin mənası yoxdur. Bəlkə də 1% kimisə aldada bilərsən. Amma ümumi götürəndə, o üsul effekt vermir”.

"Suriya müharibəsindən sonra Almaniya miqrantla "yüklənib”. Ona görə, daha diqqətlə araşdırırlar. Müharibə getməyən, terror təhlükəsi olmayan ölkələrdən gələnləri daha ciddi araşdırırlar. Kimsə gəlib 3-4 il qalandan sonra belə, deportasiya oluna bilər. Yəni sual versəniz ki, "niyə əvvəldən çıxarmırlar ölkədən”, bunun cavabı belədir: "Çünki miqrantların yaşayış məsələsi ilə bağlə məhkəmə prossesləri o qədər çoxdur ki, iş bir neçə il uzana bilir”, - deyə R.İbrahimov vurğulayıb.

"Əvvəlki kimi kimsə şəkil çəkdirsin, "mən müxalifətçiyəm”, - deyib saxta sənədlər təqdim etsin – bu, artıq keçmir. Konkret hansısa təhlükə hiss olunursa, yaşayış icazəsi verilmir. Bu, humanitar da ola bilər, siyasi də, digər təhlükə də”, - o, əlavə edib.

Həmkarımız "İndi orada nə baş verir? Almaniya hökuməti soydaşlarımızı topyekun geri göndərməyə qərar verib?” sualını belə cavablandırıb: "Xeyr, belə bir proses yoxdur. Deportasiya həmişə olub. Adi vəziyyətdə də, bəzən bir gündə 30 nəfər göndərilib. Amma söhbət topyekundan getmir. Hökumət istəsə belə, alman qanunları buna icazə vermir. Deportasiya Almaniya üçün ən qarınağrılı prossesdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR