Qərbin ikiüzlü siyasəti

img

05-09-2013 [16:02]


Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə nəticəsində 1300 nəfərin həlak olması Suriyaya qarşı xari-ci hərbi müdaxilənin mümkünlüyü haqqında bəyanatların səslənməsinə səbəb oldu. Başda ABŞ olmaq-la, Qərb dövlətləri heç bir sübut göstərmədən bu qətliamın Suriya diktatoru Bəşər Əsəd tərəfdarları tə-rəfindən törədildiyini iddia etdilər.
Dünya ictimaiyyəti bu qətliamla bağlı məlumatların şokundan ayılmamış, Qərb dövlətlərinin siyasi lider-ləri Suriyaya hərbi müdaxilənin mümkünlüyünü dilə gətirdilər. ABŞ-ın Aralıq dənizindəki hərbi qüvvələrini artırması isə Suriyaya müdaxilənin zaman məsələsi olması barədə rəy yaratdı. Bununla yanaşı, rəsmi Moskvanın Qərbin Suriyaya müdaxilə edəcəyi təqdirdə Rusiyanın tərəfsiz qalacağı haqqında bəyanatları artıq işə düşmüş hərb maşınının dayanmayacağı anlamına gəlirdi.
Hətta Qərb dövlətlərinin Suriyaya müdaxilə edəcəyi günlə bağlı məlumatlar da səslənirdi. Lakin tezliklə məlum oldu ki, Qərb dövlətləri arasında Suriyaya müdaxilə ilə bağlı yekdil fikir yoxdur. Qərbin aparıcı dövlətləri bir-birinin ardınca bu kampaniyada iştirak etməyəcəklərini bildirdilər. İlk öncə Şimali Atlantika Alyansının aparıcı dövlətlərindən olan Kanada Suriyaya qarşı hərbi müdaxilədə yer almayacağını bəyan etdi. Bunun ardınca Almaniyanın da ABŞ-ın növbəti hərbi avanturasında iştirak etmək istəmədiyi məlum oldu.
Ancaq Böyük Britaniya və Fransanın ABŞ-ın planlarına birmənalı dəstək verməsi Suriyaya qarşı hərbi müdaxilənin istənilən halda baş verəcəyi təəssüratını yaradırdı. Əgər Liviyaya qarşı hərbi madaxilənin əsas təşəbbüskarı kimi Fransanın həmin dövrdə prezidenti olan Nikola Sarkozi çıxış edirdisə, indi Suriya-ya qarşı hərbi müdaxilənin əsas təşəbbüskarı kimi Böyük Britaniyanın Baş naziri Devid Kemeron görü-nürdü. Ancaq Böyük Britaniya parlamenti Baş nazirin mövqeyini dəstəkləmədi. Parlament 13 səs üstün-lüyü ilə hökumətin hərbi müdaxiləni rəsmiləşdirəcək qətnamə layihəsini rədd etdi.
Böyük Britaniya parlamentindəki müzakirənin nəticəsi məlum olduqdan sonra bu ölkənin Baş naziri Devid Kemeron da fikirlərini korrektə etmək məcburiyyətində qaldı. O, Böyük Britaniya xalqının və parlamentinin müharibənin əleyhinə olması haqqında bəyanat verdi. Baş nazir dedi ki, onlar BMT müffətişlə-rinin araşdırmalarını gözləyəcəklər və yalnız bundan sonra mövqe bildirəcəklər. Ancaq müharibə əleyh-darlarının parlamentdəki qələbəsindən əvvəl D.Kemeron BMT müffətişlərinin araşdırmalarının nəticə-lərini gözləmək istəmir və Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə edilməsinin arxasında Suriya diktatorunun dayandığına şübhə etmədiyini söyləyirdi.
Böyük Britaniya parlamentinin Suriyaya qarşı hərbi müdaxilənin əleyhinə səs verməsindən sonra Qər-bin artıq işə düşmüş hərb maşınının sürəti azalsa da, onun tam dayandığını söyləmək olmaz. Doğrudur, artıq ABŞ-ın da mövqeyində müəyyən tərəddüdlər var və bu ölkənin rəsmiləri təkbaşına hərbi əməliy-yatlara başlaya biləcəklərini bəyan etsələr belə, Vaşinqtonun təkbaşına hərbi müdaxiləyə start verəcəyi inandırıcı görünmür. ABŞ Konqressindəki dinləmələrdən sonra keçirilən brifinqdə də bəyan olunub ki, Vaşinqton Dəməşq yaxınlığında kimyəvi silahdan istifadəni Suriya hakimiyyətinin əməli sayır. Rəsmi Vaşinqton isə bəyan edib ki, ABŞ təkbaşına da olsa, Suriyaya hərbi müdaxiləni istisna etmir.
Kanada, Almaniya və Böyük Britaniya kimi aparıcı Qərb dövlətlərinin Suriyaya hərbi müdaxilədən kənar-da qalmağa üstünlük vermələri isə heç şübhəsiz ki, ABŞ-ın mövqelərini zəiflədir. Ancaq dünyanın super gücü olan ABŞ-ın vətəndaş müharibəsinin viran qoyduğu Suriyaya qarşı təkbaşına hərbi əməliyyata baş-lamasında heç bir problem yoxdur. Xüsusilə də söhbət birbaşa müdaxilə etmədən, raket zərbələri ilə Suriya diktatoruna bağlı qüvvələrin sıradan çıxarılmasından gedirsə, Vaşinqtonun hərbi dəstəyə ehtiyacı duyulmur. Ancaq Vaşinqtonda gözəl anlayırlar ki, bu hərbi əməliyyat ABŞ-ın İslam dünyasındakı mövqelərini gücləndirməyəcək və hətta anti-ABŞ əhval-ruhiyəsini artıracaq. Eyni zamanda beynəlxalq ictimaiyyətdə də ABŞ-a qarşı narazılıqlara səbəb olacaq. Xüsusilə də BMT Təhlükəsizlik Şurasında Rusiya və Çi-nin kəskin müxalifliyi ilə qarşılaşan ABŞ təkbaşına hərbi əməliyyata çətin ki, əl atsın.
Əlbəttə, BMT müffətişlərinin rəyindən çox şey asılıdır və əgər müffətişlər kimyəvi silahdan istifadədə Suriya diktatorunun tərəfdarlarının əli olduğunu müəyyənləşdirsə, Vaşinqton hərbi əməliyyatlara baş-lamaq üçün siyasi dəstək qazanacaq. BMT müffətişlərinin kimyəvi silahdan istifadədə Suriya diktatoru-nu ittiham etməsi isə heç şübhəsiz ki, digər Qərb dövlətlərinin mövqelərinin dəyişməsinə və onların ABŞ-a qoşulmasına səbəb ola bilər. Yox, əgər BMT müffətişləri kimyəvi silahdan kimin istifadə etməsi ilə bağlı konkret rəyə gələ bilməsələr, Vaşinqton təkbaşına hərbi əməliyyatlara başlamayacaq. Belə olarsa, aparıcı Qərb dövlətləri də Suriyaya qarşı hərbi əməliyyatları dəstəkləməyəcəklər. Bu zaman isə ABŞ Yaxın Şərqdəki vassalarının iştirakı ilə hərbi ittifaq yarada bilər. Bu alyansa Qətər, Səudiyyə Ərəbis-tanı, Birləşmiş Ərəb Əmirliyi və İordaniya qoşular ki, bu da artıq Suriyaya qarşı çoxmillətli ittifaq görün-tüsü yaradar. Bu dövlətlərlə yanaşı Vaşinqton Ankara və Tələvivin də dəstəyinə ümid edə bilər.
Böyük Britaniya parlamentində müharibə əleyhdarlarının uğurundan sonra ABŞ-ın Suriyaya qarşı işə sal-dığı hərb maşınının sürəti azalsa da, Bəşər Əsədə bağlı qüvvələrə hərbi zərbələr istənilən halda endiriləcək. Bunun başlıca səbəbi Suriya diktatorunun mövqelərini gücləndirməsi və vətəndaş müharibəsin-dən qalib çıxmaq şansının artmasıdır. Bu isə ABŞ və onun Yaxın Şərqdəki ən yaxın müttəfiqi olan İsraili qane etmir. Buna görə də ABŞ Bəşər Əsədin qalib gəlməsinə imkan verməmək üçün istənilən bahanə ilə Suriya diktatoruna bağlı qüvvələrə zərbələr endirəcək. Buna hazırlaşan ABŞ-ın özünü insanpərvər ki-mi göstərməsi, kimyəvi silahdan istifadəni bəhanə etməsi ikiüzlülükdən başqa bir şey deyil.
Onu da unutmayaq ki, Suriyada diktatura əleyhinə etirazlar başlayanda ona ən zəif dəstəyi məhz ABŞ verdi. Diktator Bəşər Əsədlə əleyhdarları arasında mübarizə vətəndaş müharibəsinə çevriləndə müxa-lifləri silahlandırmaqdan imtina edən də ABŞ oldu. Bir il öncə diktatorun əleyhdarlarını silahlandırmaq-dan imtina edən və onların qısa zamanda qalib gəlməsinə imkan verməyən ABŞ-ın indiki cənfəşanlığını isə başa düşmək çətin deyil. Əgər Bəşər Əsəd İran və "Hizbullah"ın köməyi ilə küçə döyüşlərini apara-caq qüvvə formalaşdırana kimi ABŞ və digər Qərb dövlətləri Suriya müxalifətinə silah versəydi, indi Dəməşqdə başqa bir iqtidar vardı. Ancaq hadisələrin belə inkişafı ABŞ-ın planlarına daxil deyildi. Bəşər Əsəd İran və "Hizbullah"ın yardımı ilə vətəndaş müharibəsində iştirak edəcək qüvvələr hazırlayanda və rəsmi Dəməşq Rusiyadan külli miqdarda silah alanda ABŞ və digər Qərb dövlətləri bunun qarşısını almaq üçün nəinki heç bir iş görmədilər, eyni zamanda Suriya müxalifətinin israrlı silah tələblərini rədd etdilər. ABŞ və Qərb dövlətləri hətta Suriya müxalifətinin silahlandırılmasına qadağa da qoydular. Həmin olayları təhlil edəndə ABŞ və bütövlükdə Qərbin Suriyada Bəşər Əsəd diktaturasına son qoymaqda maraqlı ol-madığı, əsas niyyətin vətəndaş müharibəsinin bu ölkəni tamamilə məhv etmək olduğu aydın görünür. Halbuki, diktator Bəşər Əsəd əleyhinə başlayan hadisələrin ilk günlərində və təxminən bu ilin əvvəlləri-nə kimi Qərb Suriya müxalifətinə lazımi dəstəyi versəydi, indi bu ölkədə vəziyyət fərqli olardı. Qərb yalnız Bəşər Əsəd təşəbbüsü ələ aldıqdan sonra "ayıldı". Lakin Qərbin hazırki mövqeyi də həddən artıq iki-üzlülüyü ilə seçilir. Yəni, Qərb sadəcə olaraq, üstünlüyü ələ almış diktatorun qüvvələrini zəiflətmək və vətəndaş müharibəsinin daha uzun müddət davam etməsinə nail olmağa çalışır. Bundan başqa, Qərb özünün qanadlı raketləri ilə Suriyanın hələ salamat qalan infrastrukturunu da məhv etmək istəyir. Bunda əsas məqsəd isə Suriyanı İsrail üçün tamamilə qorxusuz ölkəyə çevirməkdir. Bununla yanaşı Qərb İran ətrafındakı həlqənin açıq sahəsini də qapayıb, onu həm də İsrail üçün təhlükəsiz hala gətirmək istəyir.
ABŞ və Qərbin Suriyaya hərbi müdaxiləsi gündəmə gələndən sonra ən çox müzakirə olunan məsələlər-dən biri də Rusiya, Çin və İranın mövqeydir. Rəsmi Moskvanın Rusiyanın Suriyaya görə heç bir ölkə ilə müharibəyə hazırlaşmaması haqqında bəyanatı, Kremlin müttəfiqlərini satması kimi qiymətləndirilir. Əslində, Kremlin bu addımını satqınlıq kimi yox, Rusiyanın reallıqlara uyğun hərəkəti kimi dəyərləndir-mək lazımdır. Suriya problemində isə Rusiyanın gücü çatan iki məsələ var:
1) BMT Təşlükəsizlik Şurasında ABŞ-ın planlarına qarşı çıxmaq və bununla Vaşinqtonun hərəkətlərinin legitimləşdirməsinin qarşısını almaq;
2) Rəsmi Dəməşqə silah satmaqla onun müdafiəsinə yardım göstərmək.
Rusiyanın bundan artığına gücü çatmır və reallıqlara uyğun davranmaq məcburiyyətindədir.
Çinin də vəziyyəti Rusiyanın vəziyyəti ilə oxşardır. Rəsmi Pekin ABŞ-la hərbi qarşıdurmanın Çin üçün inti-har qərarı olacağını bilir və Suriyaya görə özünü qurban vermək istəmir. Pekin də Moskva kimi BMT Təhlükəsizlik Şurasında Vaşinqtonun öz siyasətinin diqtə etməsinin qarşısını almaqla və Suriyaya maddi yardım etməklə işini bitmiş sayır.
Rusiya və Çindən fərqli olaraq, İran Suriyada həm də özünün taleyinin həll olduğunu bilir. Lakin ABŞ və Qərb dünyasına qarşı müharibədə iştirakın da Vaşinqtonun maraqlarına uyğun olduğunu anlayır. Əgər İran Suriya ilə birlikdə vuruşmaq istəsə, bu, Qərbin əlinə olduqca gözəl fürsət verə bilər ki, İran əleyhinə planlarını da dərhal işə salsın. Buna görə də İran Suriyaya kömək etməkdə acizdir. Ancaq bu, İranın pro-seslərə seyriçi qalacağı anlamına gəlməməlidir. Suriyaya müdaxilə olarsa, İranın Livan və İraqdakı şiə döyüşçülərini hərəkətə gətirəcəyi istisna deyil. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olmayaraq, Yaxın Şərqdə qeyri-stabilliyin artacağı, ABŞ-ın hərbi müdaxiləsindən sonra isə qırğınların miq-yasının daha da genişlənəcəyi birmənalıdır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq