EL hərəkatı sədrinin müavini Cəmil Həsənlinin İlqar Məmmədova dəyişir

img

04-09-2013 [15:20]


EL hərəkatı sədrinin müavini, Milli Şuranın üzvü Köçəri Nağıbəyli prezident seçkisində məhbus namizəd, REAL hərəkatının lideri İlqar Məmmədova dəstək verəcəyini bəyan edib.


"Musavat.com”a açıqlamasında Köçəri Nağıbəyli deyib ki, Milli Şuranın bütün qərarlarına sayğı ilə yanaşır, onlara sadiqdir: "Cəmil Həsənli bizim prezident seçkisində namizədimizdir. Biz seçki prosesində onu dəstəkləyəcəyik. Heç yerdə EL hərəkatının adından çıxım etməmişəm. İlqar Məmmədovun namizədliyinin qeydə alınması üçün imza vermək mənim şəxsi təşəbbüsümdür. Fikrimcə, hakimiyyətlə ardıcıl mübariz insan kimi onun namizədliyinin qeydə alınmasına dəstək vermək Azərbaycanda demokratiya uğrunda çalışan bütün vətəndaşların borcudur.

Dünən Milli Şuranın üzvü Rəşid Hacılı öz "Facebook” səhifəsində İlqar Məmmədovun namizədliyinin qeydə alınmasına səs verməyə getdiyini yazmışdı. Bu, yetərincə normal yanaşmadır və Milli Şura ilə bağlı hər hansı öhdəliyin pozulması anlamına gəlməməlidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA