Qurban Məmmədovun işi məhkəməyə göndərildi

img

04-09-2013 [11:33]


Həbsdə olan vəkil Qurban Məmmədovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, cinayət işinin materialları baxılmaq üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Emin Mehdiyevin icraatına verilib. Prosesin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sonra istintaq orqanı tərəfindən Q. Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA