Çempionlar Liqası: "Liverpul", "Borrusiya", "Lion" qalib gəldi, "Çelsi", "İnter", Barselona isə...

img

06-11-2019 [09:01]


UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Mia.az xəbər verir ki, F qrupunda mübarizə aparan "Barselona" İspaniyada Çexiyanın "Slaviya" (Praqa) komandası ilə qarşılaşmada xal itirib - 0:0. 

G qrupunda isə "Zenit" Rusiyada da Almaniya "Leyptsiq"inə uduzub - 0:2. 

Almaniyanın Dortmund şəhərində "Borussiya" İtaliyanın "İnter" komandası ilə matçda 0:2 hesabı ilə geridə olduğu halda, əzmkar qələbəyə nail olub - 3:2. 

Hollandiya "Ayaks"ı isə İngiltərədə "Çelsi" ilə qarşılaşmada 4:1 hesabı ilə üstün durumda olmasına rəğmən, yekunda heç-heçə ilə kifayətlənib - 4:4.

"Liverpul"  isə "Genk"ə (Belçika) qalib gəlib - 2:1

"Lion" (Fransa) da öz meydanında "Benfika"nı (Portuqaliya) məğlub edib - 3:1

"Valensiya" isə Fransanın  "Lill" komandasını darmadağın edib - 4:1


Digər xəbərlər
SON XƏBƏRLƏR