05-11-2019 [14:23]
"Ötən il Türkiyə lirəsinin məzənnəsinə güclü hücum olmasına baxmayaraq, milli gəlirlərimizi 790 milyard dollar səviyyəsində saxlamağı bacardıq”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Böyük Millət Məclisindəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
"Ölkəmizi digər sahələrlə yanaşı, iqtisadiyyatda da irəliyə apardıq. 2003-2018-ci illər arasında iqtisadiyyatımızı orta hesabla 5,6 faiz böyütmüşük. İxracata görə dünyanın 13-cü ən böyük iqtisadiyyatına malikik. Türkiyə hazırda iqtisadiyyatı inkişaf etmiş 20 ölkə arasındadır.
Hakimiyyətimiz dövründə 9 milyon insanı yeni işlə təmin etdik və məşğulluq rəqəmini 29 milyona çatdırdıq. İxracatımızı 36 milyard dollardan 171 milyard dollara qədər artıraraq, ümumi ticarətin həcmini 180 milyard dollara çatdırdıq. Tariximizdə ilk dəfə olaraq cari balansımız 5 milyard dollar civarında profisit verdi. Bu cari tarazlıq problemini terrorizmlə mübarizə qədər kritik bir yaşamaq problemi olaraq görürük. Ona görə də, bu məsələdə qətiyyətli mövqeyimizi sona qədər davam etdirəcəyik”, -deyə Ərdoğan vurğulayıb.
R.T.Ərdoğan Türkiyənin terrorçuluğa qarşı apardığı mübarizəyə də toxunub. O deyib ki, bütün terrorçuları məhv edənədək əməliyyatları dayandırmayacaqlar: "Heç kim bizdən bunu dayandıracağçımızı gözləməsin. ASALA terror qruplaşması bizim 40-dan çox diplomatımıza qarşı terror aktı törədib. Ancaq Qərb erməni terroruna münasibət bildirmədi. Suriya ərazisindən Türkiyəyə terror təhlükəsi yaranan zaman bütün dünyandan, o cümlədən G-20-dən yardım istədik. Zahirdə bunu hamı müsbət qarşıladı, ancaq əməldə heç kim kömək etmədi. Ölkəmizə gətirdiyimiz "Patriot”u söküb geri apardılar. Onlar ölkəmizin təhlükəsizliyini və bizi təhdid edənlərin yanında durdular”.
R.T.Ərdoğan Türkiyənin terrora qarşı mübarizə aparıb, ən çox itkilər verən dövlət olduğunu vurğulayaraq bu istiqamətdə uğurlar əldə etdiklərinin deyib: "On minlərlə günahsız vətəndaşımız və məmurumuz terrorçular tərəfindən qətlə yetirilib. Diyabakırdakı əyalət təşkilatını niyə tərk etdiniz? Niyə oradakı analarla görüşmədiniz? Çünki işinizə yaramır. Siz ikiüzlü də deyil, çoxüzlüsünüz.
Əsgərimiz geri çəkirik dedilər. Çəkdilərmi? Xeyr! Noyabrın 4-də hökumətin toplantısna biz mövqeyimizi qəti şəkildə ifadə etdik. Bunlar onsuz da İŞİD-lə bərabər hərəkət edirlər. Biz isə üç min İŞİD terrorçusunu məhv etdik.
Bizə adi bir tapançanın satışını belə əngəllədilər. Madam ki, strateji müttəfiqik, bizə qarşı niyə belə hərəkət edirsiniz? Hava hücumundan müdafiə sistemini bizə satmadılar. Gedib Rusiyadan "S-400" Zenit-Raket Kompleksi aldıq. "F-35" layihəsindən bizi sıxışdırmaq istəyirlər. Bunun da alternativ var. Təki pulun olsun.
Bu da azmış kimi, indi də tarixlə bizə təzyiqlər edirlər. Bütün bunlara baxmayaraq, "Barış pınar"ı əməliyyatının davam etdiririk. Parlamentlərində heç bir hüquq əsası olmayan qərarlar qəbul edirər. Qəzetlərində Türkiyəyə qarşı yazılar yazırlar. PKK/YPG-PYD terrorçu kimi qəbul edilməyənədək əməliyyat davam edəcək. İndi İŞİD-i özləri yaratdıqlarını etiraf edirlər".
Report
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb