Lalə Şövkətlə Eldar Namazov Milli Şuranı boykot etdi

img

03-09-2013 [22:27]


Xəbər verdiyimiz kimi, "El” hərəkatının üzvləri Milli Şuranın bu gün keçirilən iclasına qatılmayıblar. Modern.az"El”in üzvləri ilə əlaqə saxlayaraq bunun səbəbini aydınlaşdırmağa çalışıb.

"El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Modern.az-a açıqlamasında Milli Şuranın iclasına qatılmadıqlarınaaydınlıq gətirib, bildrib ki,"El”-in bu gün Milli Şuranın iclasına qatılmaması onların keçirdikləri tədbirlərlə bağlı olub.

"Hazırda biz öz tədbirimizi keçiririk. Bu da "El”ə qarşı son günlər vüsət alan təzyiqlərlə bağlıdır. Biz son prosesləri müzakirə edirik. Başqa açıqlama vermək niyyətində deyilik”.

İlk günlərdən Cəmil Həsənlinin namizədliyinə qarşı çıxan Liberal Partiyasının sədri Əvəz Temirxan da sessiyaya qatılmayıb. Əməkdaşımız bunun səbəbini partiya sədrindən soruşsa da, Ə.Temirxan bu barədə danışmaq istəməyib: "Mənim bu barədə açıqlama vermək niyyətim yoxdur”.

Milli Şuranın hazırda davam edən iclasında "El” hərəkatının nümayəndələri və ALP sədri Əvəz Temirxan iştirak etməyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA