"Göztepe" klubu baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb

img

29-10-2019 [13:40]


Türkiyə Super Liqasında çıxış edən "Göztepe" klubu baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb. 

Məlumata görə, 43 yaşlı mütəxəssis çempionatdakı nəticələrdən sonra istefa verdiyini açıqlayıb. 

Qeyd edək ki, Tamer Tuna ilk dəfə "Göztepe"də 2017-ci ildən 2018-ci ilin noyabrınadək çalışıb. O, 2019-cu ilin fevralında yenidən İzmir təmsilçisinə baş məşqçisi təyin olunub. 

Hazırda "Göztepe" 9 oyundan 9 xalla 15-ci pillədə qərarlaşıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR