Eldar Namazov: “Təzyiq, qorxu bizi yolumuzdan döndərə bilməz”

img

02-09-2013 [19:30]



"EL” Hərəkatının rəhbəri Eldar Namazov sentyabrın 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən dindirilib. Bu dəfə E.Namazov bir saatdan artıq dindirilib.

Eldar Namazov "musavat.com”a açıqlamasında qeyd edib ki, sentyabrın 2-də izahat verilməsi prosesi davam etdirilib: "Açığını deyim ki, bu prosesin heç bir qanuni əsası yoxdur. Ona görə ki, bilərəkdən xəbərçilik edən şəxs artq ifşa olunub. El Hərəkatına və Milli Şuraya qarşı ittihamlarla bağlı nə dəlil-sübut var, nə də bu, məntiqə uyğundur. Xırda fakt bunu sübut edir. Bu adam iddia edir ki, El Hərəkatı və Milli Şuranı SOROS Fondu maliyyələşdirir. Amma artıq neçə illərdir ki, bu qurum Azərbaycanda fəaliyyətini dayandırıb. Azərbaycanda heç bir proqram həyata keçirmir. Hamısı buna bənzər əsassız, gülünc ittihamlardır. Onun dediklərinin cavabı verildi. Ancaq Azərbaycanda bu cür hadisələr seçki öncəsi hüquq-mühafizə orqanları yeni bir şey deyil. Hər seçki öncəsi ölkədə demokratik qüvvələrə qarşı təzyiqlər davam edir. Mənimlə bağlı araşdırmanın necə yekunlaşacağı isə bizdən, qanuvericilikdən və məntiqdən asılı deyil”. 

E.Namazov seçkiyə qədər özünə və demokratik qüvvələrə qarşı bu cür dindirilmələrin davamlı olacağını istisna etməyib: "Ancaq biz fəaliyyətimizi davam etdiririk. Təzyiq, qorxu bizi yolumuzdan döndərə bilməz”. 

Qeyd edək ki, Ə. İbrahimov kütləvi informasiya vasitələrində "Milli Şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA