Müsavatda Gənclər Təşkilatına keçirilən seçkilərin nəticələri ləğv olunub

img

02-09-2013 [18:21]


Avqustun 26-da Müsavat Partiyası Gənclər Təşkilatının sədrliyinə keçirilən seçkilərin nəticəsi ləğv olunub. Bu barədə APA-ya Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı məlumat verib.

Onun sözlərinə görə, seçkilərdə müəyyən texniki səhvlər baş verdiyindən, nəticələr ləğv edilib və Divan yeni seçkinin keçirilməsi barədə qərar qəbul edib: "Partiyanın təşkilat şöbəsi tərəfindən seçkilərin nəticələrini araşdırma komissiyası yaradılmışdı. Komissiya sədrliyə keçirilən seçkilərdə bəzi texniki səhvlər olduğunu aşkarlayıb. Səsvermə siyahısında müəyyən qarışıqlıq olub. Belə ki, bura müəyyən adamların adı düşmüşdü, bəzilərinin adları isə yox idi. Yəni hamı seçkidə iştirak edə bilməmişdi. Hamılıqla iştirakın təmin olunması və siyahıların dəqiqləşdirilməsi baxımından seçkilərin yenidən keçirilməsi barədə qərar verildi”.
T. Abbaslı qeyd edib ki, seçkinin keçiriləcəyi tarix hələ açıqlanmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA