22-10-2019 [23:44]
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev tərəfindən təmsil olunan, Azərbaycanda, Gürcüstanda, İranda və Mərkəzi Asiyada yeganə rəsmi ECL İmtahanına hazırlıq və ECL İmtahan Mərkəzi kimi fəaliyyət göstərən "Avrasiya Təhsil Mərkəzi" və BTA-nın direktoru Ketevan Tabutsadze tərəfindən təmsil olunan Beynəlxalq Təhsil Akademiyası arasında müqavilə imzalanıb.
BAMF-dan Mia.az-a verilən məlumata görə, imzalanma mərasimi Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Beynəlxalq Təhsil Akademiyasının təşkilatçılığı ilə "İngilis dilinin tədrisinə müasir və praktik yanaşma” mövzusunda hazırlanmış Pre - ECL təlim çərçivəsində Gürcüstanda ən yeni və ən nüfuzlu təhsil müəssisələrindən biri olan Gürcüstan Milli Universitetində keçirilib.
Beynəlxalq Təhsil Akademiyasının əməkdaşları, professorlar, müəllimlər və tələbələr ECL strukturu haqqında daha çox məlumat əldə etmək üçün tədbirdə iştirak etdilər.
Tərəflər Beynəlxalq İmtahan formatı olan ECL İmtahan sisteminin Gürcüstanda təqdimatı və Gürcüstan, İran, Orta Asiyada tələbələr və müəllim hazırlığı üçün nəzərdə tutulmuş təlimlər kimi birgə layihələrin həyata keçirilməsində əməkdaşlıq etmək barədə razılığa gəldilər. Bu əməkdaşlıq təhsildə yüksək nailiyyətlər əldə etmək, ECL imtahanına hazırlıq və məktəblilərin hərtərəfli inkişafı, müəllimlərin peşə bacarıqlarının artırılması və ümumilikdə ECL İmtahanına hazırlıq əsasında digər mədəni və təhsil xidmətlərini əhatə edir.
Mərasim iki ölkənin, Gürcüstanın və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə müşayiət olundu.
Beynəlxalq Təhsil Akademiyasının direktoru Ketevan Tabutsadze qonaqları və iştirakçıları salamladı. O, bu müqavilənin Gürcüstan və Azərbaycan tələbələri üçün daha unikal imkanlar açdığını bildirərək əhəmiyyətini vurğuladı.
Tədbirdə çıxış edən BAMF prezidenti Umud Mirzəyev, BMT-nin İqtisadi və Sosial Şurasının Əsas Məşvərətçi statusuna malik olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun əsas iş istiqamətlərindən danışdı. Bildirdi ki, keçən il BAMF sadəcə Azərbaycanda yeganə ECL hazırlıq və imtahan mərkəzi statusuna malik idisə bu il uğurlu işlərinə görə statusunu genişləndirərək Gürcüstan, İran və Orta Asiyada da yeganə səlahiyyətli ECL mərkəzinə çevrilmişdir".
BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina, Avrasiya Təhsil Mərkəzi, onun beynəlxalq tərəfdaşları, xaricdə təhsil proqramları, qonaq mühazirəçilər, təlimlər və ECL hazırlıq proqramı haqqında danışdı.
ECL təlimçisi və Avrasiya Təhsil Mərkəzinin meneceri Esmira Qasımbəyova ECL İmtahan sisteminin Azərbaycanda, Gürcüstanda, İranda və Orta Asiyada tanıdılmasının vacibliyini vurğuladı. O, təlimin iki günlük proqramı haqqında qısa danışdı.
Rəsmi açılış mərasimindən sonra təlimçi Esmira Qasımbəyova tərəfindən "İngilis dilinin tədrisinə müasir və praktik yanaşma” mövzusunda Pre-ECL təliminin nəzəri və praktik hissəsi təqdim edilib.
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO