Eldar Namazov diplomatlarla qapalı görüşdən danışdı

img

28-08-2013 [23:59]


Milli Şura Aparatının rəhbəri Eldar Namazov diplomatik korpus nümayəndələri ilə keçirilən görüşün təfərrüatlarını açıqlayıb.

Modern.az-a açıqlama verən E.Namazovun fikrincə, diplomatlara görüşün əsas məqsədinin Milli Şuranın yeni namizədi Cəmil Həsənli ilə tanışlıq və son siyasi prosesləri müzakirə etmək olub.

E.Namazov qeyd edib ki, görüşdə C.Həsənli avropalı diplomatların suallarını cavablandırıb.

"Bu görüşdə Avropa Birliyinə daxil olan ölkələrin səfirliklərindən, Türkiyə səfirliyindən, ATƏT-dən, siyasət sahəsi üzrə məsul diplomatlar iştirak edirdilər. Görüş Milli Şura Aparatının təşkilatçılığı ilə baş tutub. Görüş Milli Şuranın son qərarı, prezident seçkilərində Milli Şuranın baxışları və Milli Şuranın ehtiyat vahid namizədi Cəmil Həsənli ilə tanışlıq məqsədi daşıyırdı. Cəmil müəllim diplomatlar qarşısında çıxış elədi, onların çoxsaylı suallarını cavablandırdı. Çox maraqlı və hər iki tərəf üçün faydalı görüş oldu”, - deyə E.Namazov deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA