MSK İbrahimbəyovun məhkəmə hədəsinə cavab verdi

img

28-08-2013 [10:24]



Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyi qeydə alınmayan Milli Şura sədri Rüstəm İbrahimbəyovun məhkəmə hədəsinə cavab verib.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Modern.az-a açıqlamasında R.İbrahimbəyovun məhkəməyə müracit etməsinə əsas olmadığını deyib: "Bizim mövqeyimiz qərarımızda var. Qərarı oxusa, imtinanın hüquqi cəhətdən tam əsaslı olduğunu görər. Yox, əgər cənab İbrahimbəyovun qanunlardan xəbəri yoxdursa, bu, bizim problem deyil”.

Qeyd edək ki, Milli Şura sədri Rüstəm İbrahimbəyov namizədliyinin irəli sürülməsinin təsdiq edilməməyinə etiraz edərək, MSK-nı məhkəməyə verəcəyini bildirib.

MSK-nin dünən keçirilən iclasında Rüstəm İbrahimbəyovun namizədliyi üçün təqdim olunan sənədlər yoxlanılıb və namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi qeyri-mümkün sayılıb. İbrahimbəyovun Azərbaycan və Rusiya vətəndaşı olmaqla ikili vətəndaşlığı müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA