İlqar Məmmədov xalqa müraciət etdi

img

27-08-2013 [12:05]


REAL Hərəkatının sədri, prezidentliyə namizəd İlqar Məmmədovun Seçki Qərargahı imza toplamaq üçün vətəndaşlara müraciət edərək onlardan yardım istəyib.

Virtualaz.org saytı Seçki Qərargahının facebook səhifəsinə istinadən xəbər verir ki, İ.Məmmədov 40 min seçici imzasının toplanılmasına yardım göstərilməsini xahiş edib.

"Görünən budur ki, hakimiyyət süni şəkildə vaxtı uzadaraq prezidentliyə namizədliyimin qeydə alınması üçün tələb olunan 40000 seçici imzasını toplamağa bizə çox az vaxt buraxmaq niyyətindədir. Biz bütün hüquqi vasitələrdən istifadə edərək imza vərəqələrini MSK-dan əldə etməkdə israrlıyıq. Artıq bir neçə aydır Seçki Qərargahımız imzatoplama strategiyasını işləyib hazırlayıb, imza toplayacaq komandalarını formalaşdırıb. Amma hakimiyyət 40000 imzanı toplamağa bizə bir neçə gün vaxt saxladığından dəstəyinizə ehtiyacımız olacaq. Buna görə də sizi imzatoplama kampaniyasında bizə dəstək olmağa və birgə işləməyə çağırıram” - deyə Seçki Qərargahı İlqar Məmmədovdan sitat gətirir.

Qeyd edək ki, hazırda həbsdə olan prezidentliyə namizəd İlqar Məmmədovun vəkili və səlahiyyətli nümayəndəsi Xalid Bağırov Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib. Buna səbəb kimi isə MSK-nın İlqar Məmmədovun müraciətinə baxaraq əsassız qərar qəbul etməsi göstərilir.

Xatırladaq ki, MSK İlqar Məmmədovun sənədlərinin qəbulu müddətini uzadıb.

Bu arada məlum olub ki, MSK İlqar Məmmədovla bağlı qərarını dəyişmədi.

MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə Modern.az-a açıqlamasında bildirib ki, onların da mövqeyi açıq və ortadadır. "MSK-nın iclasında da rəhbərlik səviyyəsində məsələyə münasibət bildirilib”, – deyə A. Sarıyev vurğulayıb.

***

Son məlumata görə, MSK İlqar Məmmədovun namizədliyini təsdiqləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA