Milli Şura rəhbərliyi hərəkətə keçir

img

26-08-2013 [14:19]


Milli Şurada təmsil olunan partiya rəhbərləri, siyasi liderlər yaxın vaxtlarda bölgələrə səfərə çıxacaqlar. Bunu Modern.az saytına açıqlamasında Milli Şuranın üzvü, "El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib.

Özünün böglə səfərlərinə start verdiyini deyən E.Quliyevin sözlərinə görə, Milli Şuranın növbəti iclaslarında bu məsələ müzakirə olunaraq qərar veriləcək:"Milli Şura rəhbərliyinin bölgələrə səfərləri artıq başlamalıdır. Mən artıq bölgələrə səfərə başlamışam. Bu məsələlər Milli Şurada müzakirə olunacaq. Hesab edirəm ki, Milli Şurada təmsil olunan partiya rəhbərləri, siyasi liderlər hamılıqla bölgələrə, ən ucqar kəndlərə belə, səfər edib, sakinlərlə görüşlər keçirməlidir. Biz də bunu nəzərdə tutmuşuq. Növbəti müzakirələrdə bölgələr müəyyən edilib, səfərlərə start veriləcək. Kiçik kənddən tutmuş böyük kəndlərə qədər hamısına gedilməlidir”-deyə E.Quliyev açıqlama verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA