Vəkil həbs edilən sabiq nazirdən danışdı: “Nicat Quliyev tanınmış adamdır..."

img

24-08-2013 [18:43]


Vəkil Elton Quliyev  keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin müdafiəsindən danışıb. O bildirib ki, hələ gözləmə mövqeyi tutublar: "Verdiyimiz bəzi vəsatətlərin cavabını aldıqdan sonra qanun pozuntuları barədə ümumi bir şikayət hazırlayacağıq”.

Elton Quliyev Nicat Quliyevin Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyovla telefon əlaqəsi saxlaması faktına da münasibət bildirib. O deyib ki, bu məsələ barədə Nicat Quliyevlə danışıb dəqiqləşmə aparmalıdır: "Nicat Quliyev tanınmış adamdır, onun Rüstəm İbrahimbəyovla və Azərbaycanda tanınmış, yüksək rütbəli başqa şəxslərlə münasibətinin olması normal bir şeydir. Məgər Rüstəm İbrahimbəyov vətən xainidir, burda nə var axı?”

Nicat Quliyev avqustun 7-də həbs olunub. Mili Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata görə, o, qanunsuz olaraq odlu silah saxlama ittihamı ilə tutulub. Məhkəmənin qərarı ilə avqustun 8-də Nicat Quliyev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Avqustun 23-də "Media forum”a danışan Rüstəm İbrahimbəyov Nicat Quliyevin onunla bir neçə dəfə telefon əlaqəsi saxladığını deyib: "Nicat Quliyev bir neçə dəfə mənə zəng edib. Ona görə də onun bağına silah, sursat, top-tüfəng atıb türməyə basdılar. Cəmi iki-üç zənginə görə. Özü də bu, siyasətlə bağlı zənglər deyildi. Biz çoxdan tanışıq, elə-belə hal-əhval soruşmaq üçün zəng etmişdi”.

Media Forum


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA