23-08-2013 [10:50]
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin müsahibəsini təqdim edirik:
- Əli müəllim, Milli Şuranın sonuncu mitinqi və vahid namizədlə bağlı vəziyyətə sizin də münasibətinizi bilmək istərdik...
- Onu deyə bilərəm ki, iqtidar partiyasının nümayəndələrinin və ekspertlərinin indiyə qədər verdikləri bütün proqnozlar doğru çıxdı. Onsuz da acınacaqlı vəziyyətdə olan müxalifət artıq çıxılmaz vəziyyətə düşüb.
Aylardır vahid namizəd axtarışında olan müxalifətin acı durumunu sonuncu mitinq cəhdi göstərmiş oldu.
- Bütün dediklərinizə baxmayaraq, müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim edilmiş və qəbul edilib...
- Düzdür, çünki Azərbaycanda qanunun aliliyi prinsipi hər şeydən üstündür və MSK Seçki Məcəlləsinin normaları əsasında fəaliyyət göstərir. Amma, MSK-nın prezidentliyə namizədlərlə bağlı qərarları Konstitusiyanın 100-cü maddəsinin və Seçki Məcəlləsinin normalarına uyğun qəbul edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsi prezidentliyə namizədlərə müəyyən senz tələblərini irəli sürür, belə ki, digər tələblərlə yanaşı Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
Əksər ölkələrdə də parlament və ya yerli özünüidarəetmə orqanları deputatlığına namizədlər üçün oturaqlıq senzi tələb edilmirsə, prezidentliyə namizədlərə bu senz mütləq qaydada müəyyən edilir.
Oturaqlıq senzinin mahiyyəti seçicinin və ya seçilənin seçkilər keçirilən ərazidə bir müddət mütləq qaydada yaşamaqla həmin ərazinin ictimai-sosial problemlərini yaxından bilmək məqsədini güdür. Bu tələbin xüsusi ilə ölkə rəhbərlərinə aid edilməsi seçilmiş şəxslərin cəmiyyətdə mövcud olan problemləri həll etmək iqtidarında olması ilə bağlıdır. Deməli, normanın geniş şərhinə görə namizədin cəmiyyətdə real ictimai-siyasi dəstəyi və ölkənin idarə olunması üçün faktiki imkanları olmalıdır.
Xarici ölkələrin təcrübəsində prezidentliyə namizədlərə vətəndaşlıqla bağlı ciddi tələblər qoyulur. Məsələn, ABŞ vətəndaşlığını sonradan əldə edən şəxs prezidentliyə namizəd ola bilməz.
Azərbaycan Respublikasının Seçki Məcəlləsində vətəndaşlıq senzi ilə bağlı çox sərt tələb qoyulmur. Demək olar ki, bütün ölkələrdə qəbul edilmiş qaydada Azərbaycanda da yüksək vəzifəyə namizədliyi olan şəxslər üçün nəzərdə tutulan ikili vətəndaşlığın olmamasıdır.
Amma, bununla yanaşı Azərbaycan Respublikası prezidentliyinə namizədlərə başqa dövlətlər qarşısında öhdəliyinin olmaması tələbi qoyulur. Bu faktın aşkar edilməsi müəyyən zaman və xüsusi araşdırma tələb edir. Təbii ki, daim Azərbaycan vətəndaşı olanlara dair bu araşdırma asan qaydada aparıla bilər. Lakin, müəyyən müddət digər vətəndaşlığı daşıyan şəxslərə dair bu yoxlama daha hərtərəfli aparılmalıdır.
İlk baxışdan şəxs hər hansı bir ölkənin vətəndaşlığından çıxırsa, deməli, həmin ölkə qarşısında hər hansı bir öhdəliyi də itirməlidir. Lakin təcrübədə hər hansı bir dövlət qarşısında öhdəliyi olmaması faktını müəyyən etmək üçün xüsusi bir vaxt tələb olunur. Bu namizədin maliyyə asılılığı və ya inzibati öhdəliklə bağlıdır.
Rüstəm İbrahimbəyova gəldikdə, birincisi onun "başqa dövlətlər qarşısında öhdəliyi”nin olmamasını ciddi qaydada sübut etməlidir. İkincisi isə 10 illik oturaqlıq senzi tələb edir ki, namizəd həmin 10 ili ölkədə mövcud olan ictimai-siyasi şəraitində yaşasın. Mahiyyət etibarı ilə oturaqlıq senzinin tələbi dövlətdə və cəmiyyətdə mövcud olan siyasi-ictimai problemləri yaxından bilməkdir.
Bu baxımdan hesab edirəm ki, Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd kimi qeydə alınması hüquqi baxımdan qeyri-mümkündür.
- Siz doğrudanmı hesab edirsiniz ki, hakimiyyət ekspertlərinin söylədikləri bu hüquqi arqumentləri müxalifət düşərgəsində bilən şəxslər olmayıb?
- Bilirsiniz, biz uzun illər konstitusiya islahatları və seçki qanunvericiliyi ilə bağlı müxalifət düşərgəsi ilə bir sıra polemikalarda olmuşuq. Sizi inandırıram ki, ən primitiv hüquqi məsələlərdə belə onlar çox zaman emosional davranıblar. Bu dəfə isə milli şura və vahid namizəd məsələsində məncə müxalifət heç öz ekspertləri ilə də hesablaşmır, hansısa xarici qüvvələrin dəstəyi ilə tezliklə hakimiyyətə gəlmək eyforiyası içində yaşayırdılar. Eldar Namazovun ağlı ilə oturub-duranlar bu günə düşməli idilər.
- Əli müəllim, bir sıra beynəlxalq təşkilatlar seçki prosesini yaxından izləyirlər. Onlardan biri Human Rights House şəbəkəsinin Cenevrə Bürosunun rəhbəri Florian İrminger Azərbaycanda seçkiqabağı mühitdən narahatçılığını ifadə edib.
- Biz də beynəlxalq təşkilatların reaksiyalarını izləyirik. Təəssüf ki, onların bəzilərinin ümumiyyətlə Azərbaycanla bağlı bütün məsələlərdə münasibətləri qeyri-obyektivdir. Human Rights Housun rəhbərini narahat edən isə Azərbaycandakı diplomatların prezidentin kim olacağı ilə bağlı söylədikləri fikirdir. Çünki, Azərbaycan xalqının böyük əksəriyyəti kimi ölkəmizdə fəaliyyət göstərən diplomatlar da cənab İlham Əliyevin reytinqindən xəbərdardırlar. Bir çox müstəqil təşkilatların sorğuları da bunu sübut edir. Amma Florian İrmingerin reaksiyası bizi təəccübləndirmir. Çünki, Avropada İlham Əliyev masştabında davamlı yüksək reytinqə malik siyasi şəxsiyyət mövcud deyil.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi: "Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (FOTO)
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır