İlham Əliyevin imza vərəqələri MSK-ya təqdim olundu

img

20-08-2013 [13:15]


Prezident İlham Əliyevin prezidentliyə namizədliyi üçün imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

MİA YAP-ın saytına istinadən xəbər verir ki, bu ilin oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması üçün seçki sənədləri, Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, avqust ayının 20-də Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Seçki sənədlərinə namizədin müdafiəsi üçün toplanmış 45 min seçici imzasından ibarət imza vərəqələri və qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA