Ayaz Mütəllibov Araz Əlizadənin namizədliyini dəstəklədi

img

20-08-2013 [12:58]


Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov yaxın dostu, ASDP sədri Araz Əlizadənin prezidentliyə namizədliyini dəstəkləyib. Bu barədə Modern.az saytına Araz Əlizadə özü məlumat verib.

Partiya sədrinin sözlərinə görə, Ayaz Mütəllibov onun namizədliyini müsbət qarşılayıb:

"Ayaz müəllim mənim namizədliyimi normal qarşıladı. Dəstək olduğunu bildirərək uğurlar arzuladı”.

A.Əlizadə həmçinin Ayaz Mütəllibovun Şamaxıda olması haqda xəbərlərə aydınlıq gətirib. Bildirib ki, bu, Ayaz Mütəllibovun hüququdur.

"İstirahət etmək Ayaz müəllimində hüququdur. O, Bakını tərkdə edə bilər, Şamaxıya da gedə bilər. Burda nə var ki?”.

Qeyd edək ki, ASDP-nin keçmiş həmsədri, eks-prezident Ayaz Mütəllibov 2012-ci il iyulun 7-də Bakıya dönüşündən sonra siyasətdən getdini bəyan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA