Asim Mollazadə prezidentliyə namizədlikdən imtina etdi

img

20-08-2013 [11:30]



Daha bir deputatın partiyası prezident seçkilərində iştirakla bağlı qərarını açıqlayıb. Millət vəkili Asim Mollazadənin sədri olduğu Azərbaycan Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib.

Qərara əsasən partiya seçkilərdə öz namizədi ilə çıxış etməsə də, ümumilikdə seçki prosesini ciddi şəkildə müşahidə edəcək və müşahidələrin nəticələrini seçkidən sonra ictimaiyyətə açıqlayacaq.

Qeyd edək ki, partiyanın 4-cü qurultayında seçkilərdə iştirakla bağlı qərar qəbul edilib, iştirak formasını müəyyənləşdirmək səlahiyyəti Siyasi Şuraya həvalə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA