Gülər Əhmədova ad gününü türmədə qeyd edir

img

20-08-2013 [11:05]


Bu gün həbsdə olan sabiq deputat Gülər Əhmədovanın ad günüdür. Psixologiya elmləri namizədi Gülər Əhmədova 1965-ci il avqust ayının 20-dəBakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutununriyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.


1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb.1994-cü ildənGənclər və İdman Nazirliyininbaş təlimatçısı, şöbə müdiri, idarə rəisi,1996-cı ildən 2013-cü ilədək Respublika Uşaq Təşkilatının sədri, Bakı Dövlət Universitetininmüəllimi olub.
Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan g.Əhmədova həm də Milli Məclisin deputatı idi.

2010-cu ildə üçüncü dəfə deputat seçilmişdi.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina etdi. Bu il fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçildi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.

3 oğlan anası olan G.Əhmədova hazırda Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA