Zahid Oruc Etibar Hüseynova cavab verdi

img

19-08-2013 [17:30]


Deputat Etibar Hüseynov prezidentliyə namizəd, millət vəkili Zahid Orucla bağlı fikir bildirib.  Modern.az xəbər verir ki, E.Hüseynov özünün Facebook səhifəsində qeyd edib ki, Zahid Oruc prezident seçilsə Milli Məclisin duzu qaçacaq.

"Zahid Oruc prezident seçilsə, batdıq... Milli Məclisin duzu qaçacaq vallah...”.

Bununla bağlı Modern.az-a açıqlama verən Zahid Oruc əlavə şərh vermək istəmədiyini bildirib. O qeyd eidb ki, siyasi meydana çıxmış şəxs haqqında müxtəlif rəylər, mövqelər olacaq.

"Onları qəribə qarşılamıram, Etibar bəy narahat olmasın. Bu proses daşıdığımız amallar, milli həyatı müsbət mövqeləri aşılamaq üçündür. Bu üzdən xüsusi narahatçılıq doğurmasın. Bundan sonrakı dönəmdə reaksiyalar qəti bizi ilgiləndirməyəcək, hər kəsə xüsusi təşəkkürlər və sayğılarla davam edəcəyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA