İlyas İsmayılov da prezidentliyə namizəd oldu

img

19-08-2013 [12:10]


Dünən Bakı Əyləncə Mərkəzinin toplantı salonunda Ədalət Partiyasının V qurultayı keçirilib. Qurultay iştirakçıları partiyanın seçkili oraqanlarını seçiblər. Partiyanın sədri vəzifəsi yenidən İlyas Abbas oğlu İsmayılova həvalə edilib.

Daha sonra qarşıdan gələn Prezident seçkiləri və partiyanın bu seçkidə tutacağı mövqe müzakirə olunub. Seçkilərdə iştirak məsələsində fikirlər haçalansa da son qərar Ədalət Partiyasının prosesə öz namizədi ilə qoşulması olub. Seçkidə boykot taktikasını təklif edənlər öz mövqelərini Azərbaycandakı seçki mühitinin qeyri-demokratikliyi və mövcud MSK-yla proseslərdə yer almağın mənasızlığı ilə əsaslandırıblar. Əks mövqedən çıxış edənlər isə partiyadaşlarının arqumentləriylə razılaşsalar da, ehtimal olunan saxtakarlığa qarşı mümkün olan bütün dinc vasitələrdən istifadə edərək müqavimət göstərməyə və partiyanın təbliğatını genişləndirməyə üstünlük veriblər. Bir sözlə, Ədalət Partiyası 2013-cü il Prezident seçkilərində İlyas Abbas oğlu İsmayılovun namizədliyini dəstəkləyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA