18-08-2013 [18:22]
Məlum olduğu kimi, ötən həftə Ana Vətən Partiyasının (AVP) qurultayı keçirilib. Partiya, qurultayda YAP-la müttəfiqliyini davam etdirmək qərarı verməklə, hazırkı dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyəcəyini bəyan edib.
AVP sədri, Milli Məclisin üzvü Fəzail Ağamalı ilə söhbətə bu mövzudan başladıq.
- Fəzail müəllim, qurultayda qərar verərək İlham Əliyevin namizədliyini dəstəkləyəcəyinizi bildirdiniz. Hazırda bu istiqamətdə hansı tədbirlər görürsünüz?
- Qurultayda qarşıdan gələn prezident seçkilərində hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəkləməklə bağlı qərar qəbul etdikdən sonra partiyanın rayon və şəhər təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Hər kəsə bir nömrəli vəzifə olaraq, tapşırıldı ki, seçkilərdə İlham Əliyevin namizədliyinin müdafiə olunması və onun qələbəsi uğrunda bütün imkanlar səfərbər edilsin. Biz, təbliğat kampaniyası başlayana qədər müstəqil olaraq, Yeni Azərbaycan Partiyasının tədbirlərində iştirak etmək şərti ilə təbliğat-təşviqat işində iştirak etmək tapşırıqlarını vermişik. Artıq Ana Vətən Partiyasının üzvləri imzatoplama kampaniyasında fəal iştirak ediblər və insanları imza atmağa sövq etməkdə əllərindən gələni əsirgəməyiblər.
- Əvəlki seçkilərdə hakim partiya yandaş siyasi təşkilatlardan dəstək istəyirdi, amma indi YAP yetkililəri İlham Əliyevin belə bir dəstəyə ehtiyacının olmadığını bildirirlər...
- Öncə onu nəzərə çatdırım ki, İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının prezidenti deyil. İlham Əliyev bütün Azərbaycan xalqının prezidenti olmaq uğrunda mübarizə aparır və bu prosesə bütövlükdə Azərbaycan xalqı qoşulub. Müxtəlif səviyyələrdə bu mövqelərini də ifadə ediblər. İlk mərhələdən başlayaraq, cəmiyyətin bütün təbəqələri, ictimai təşkilatlar, qurumlar bu prosesə qoşulublar. Ona görə də mən, bu cür yanaşmanın tərəfdarı deyiləm. İlham Əliyevin ölkəni yüksək səviyyəyə qaldırması haqqında Azərbaycan xalqı dəqiq və birmənalı rəyə malikdir. Son illər ölkədə gedən hərtərəfli inkişaf xalqın gözünün qarşısında baş verir. Həm ölkənin paytaxtında, həm də ətraf kəndlərdə və rayonlarda inkişaf, quruculuq işləri, yeni-yeni sosial obyektlərin işə salınması, yeni iş yerlərinin açılması, əhalinin yaşayış səviyyəsinin getdikcə yaxşılaşması bir faktdır. Bütün bunları da hər bir seçici, hər bir vətəndaş görür. Bu səbəbdən də bütün proseslərdə Yeni Azərbaycan Partiyası ilə bərabər böyük əksəriyyət İlham Əliyevin bu seçkilərdə qalib gəlməsi uğrunda gedən prosesə qoşulub. Ana Vətən Partiyası da Azərbaycan xalqının bir hissəsidir. Təbii ki, biz də bu prosesdən kənarda deyilik. Ona görə də bu, Yeni Azərbaycan Partiyasının dəstəklənməsi kimi başa düşülməli deyil. İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədridir, namizədirir, amma eyni zamanda, Azərbaycan xalqının böyük əksəriyyəti tərəfindən də onun namizədliyi dəstəklənir.
- Amma İlham Əliyevin üçüncü dəfə namizədliyinin irəli sürülməsi həm beynəlxalq aləm, həm də Azərbaycan müxalifəti tərəfindən birmənalı qarşılanmır. Bu məsələ ilə bağlı Sizin mövqeyiniz necədir?
- Bu yanaşmalar, bu mübahisələr artıq geridə qalıb. Konstitusiya dəyişikliyinin edilməsi zamanı bu mübahisələrin şahidi olduq, hər kəs öz mövqeyini bildirdi, demək olar ki, hər şey bitdi. İlham Əliyevin üçncü dəfə namizəd olmasını əsaslandıran kifayət qədər arqumentlər də ortaya qoyuldu. Bu arqumentlər onun əksinə olanları tamamilə tərkisilah edə bildi. Həmin dəyişiklik ümumxalq iradəsi ilə gerçəkləşib. Bir nəfərin iki dəfədən artıq prezidentliyə namizəd olmasını məhdudlaşdıran maddənin götürülməsi o demək deyil ki, üçüncü dəfə namizəd olan şəxs mütləq prezident olmalıdır. Prezidenti seçən xalqdır. Bu məhdudiyyətin aradan qaldırılması indi İlham Əliyevə növbəti dəfə şans tanıyırsa, gələcəkdə başqa bir şəxsə hər hansı məhdudiyyət qoymayacaq. Ancaq bu şan-sın verilməsi onun mütləq prezident seçilməsi demək deyil. Ona görə də məsələyə qərəzli yanaşıl-mamalıdır. Burada demokratiyanın ziddinə gedildiyi fikrini əsaslandırmağa çalışanlar yetərincə qərəzliliyə və hüquqi nihilizmə yol verirlər. Dünyanın ayrı-ayrı ölkələrində partiya rəhbəri 20 il hakimiyyətdə qalır, söhbət parlamentli respublikalardan gedir. Onda niyə deyilmir ki, bu, demokratiyanın pozulmasıdır?
Türkiyənin baş naziri, AK partinin başqını 10 ildir ki, hakimiyyətdədir və görünən odur ki, hələ bundan sonra da hakimiyyətdə qalacaq. İndi deyək ki, Türkiyədə demokratiya yoxdur? Yaxud İngiltərədə və ya başqa parlamentli respublikalarda. Ona görə də hesab edirəm ki, bu cür qərəzli yanaşmaların hüquqi əsası yoxdur. Kimin nə deməsindən asılı olmayaraq, İlham Əliyev öz namizədliyini xalqın müzakirəsinə verib. Seçim isə xalqındır, o da öz sözünü deyəcək. O başqa məsələdir ki, bu gün İlham Əliyev digər alternativlərdən çox güclüdür, rəqiblərinə şans vermir. İndi digər namizədlərdən gclüdür deyə, İlham Əliyevi qınamlı deyilik ki? Bu qərarı xalq verib. Belə olan halda ittihamları Azərbaycan xalqına yönəldək ki, nəyə görə iradəni ortaya qoyub İlham Əliyevə səs verirsən?
- Bir müddət öncə qurultayınızı keçirdiniz, qərarınızı verdiniz, amma qısa müddətdən sonra müavininiz Zahid Oruc prezidentliyə öz namizədliyini irəli sürdü. Bu barədə müxtəlif müzakirlər aparıldı, fikirlər səsləndi. Maraqlıdır, belə bir qərar Sizcə, nəyin nəticəsində ortaya çıxdı?
- Bununla bağlı lazımi açıqlamalar verilib. Sadəcə olaraq, çox qısa demək istəyərdim ki, bu, Zahid Orucun konstitusion hüququdur, o, seçkili orqanlarda iştirak edə bilər, parlament seçkilərinə də, prezident seçkilərinə də qatılmaq hüququ var. Onun yaşı da buna imkan verir. Bu baxımdan, onu qınamaq, onun bu təşəbbüsünü top-tüfənglə qarşılamaq doğru deyil. Mən də bunun tərəfdarı deiləm, belə bir yanaşma da ortaya qoymuruq.
- Bəs, onda partiya sıralarından niyə çıxarırsınız?
- Sadəcə olaraq, Zahid Oruc Ana Vətən Partiyasının rəhbər orqanında təmsil olunan, partiyanın yaratmış olduğu imkanlarla, dəstəyi və gücü ilə siyasi proseslərə qoşulub və bu gün Azərbaycanda az-çox tanınan siyasətçilərdən biridir. Ona görə də o, öz addımını partiyanın qurultayda verdiyi qərarlarla uzlaşdırmalı idi. Əgər o, öz konstitusion hüququnu partiya mənsubiyyətindən üstün tuturdusa, onda ərizə verib partiyadan çıxa və ondan sonra namizədliyini irəli sürə bilərdi. O zaman biz də buna normal yanaşardıq. Başa düşərdik ki, digər partiyalar kimi Ana Vətən Partiyasına da gələnlərlə yanaşı gedənlər də olur. Biz heç vaxt buna faciə kimi yanaşmamışıq. Zahid Orucun bu addımı Ana Vətən Partiyasının 6-cı qurultayının qərarları ilə tam ziddiyyət təşkil etdiyindən, onun partiya sıralarından kənarlaşdırılması ilə bağlı addım atdıq. Biz ya İlham Əliyevin namizədliyini dəstəkləməkdən imtina etməli idik, ya da Zahid Orucun Ana Vətən Partiyasındakı fəaliyyətinə son qoymalıydıq. Biz isə təbii ki, ikinci yolu seçidik. Zahid Oruca bundan sonrakı fəaliyyə-tində uğurlar arzulayırıq. Bununla da məsələni bitmiş hesab edirəm. AVP olaraq, bu məsələnin ət-rafında əlavə müzakirələrin açılmasının tərəfdarı deyilik və ona maraq da göstərmirik.
- Fəzail müəllim, müxalifətin seçkidəki şansını necə dəyərləndirirsiniz? Milli Şura hələlik namizədlə bağlı qəti qərara gələ bilməsə də, digər cəbhələrdən namizədlər var. Ümumilikdə opponetlərinizin perspektivi barədə nə deyə bilərsiz?
- Mən dəfələrlə müsahibələrimdə demişəm ki, qarşıdan gələn prezident seçkilərində istər müxali-fət düşərgəsindəki bütün liderlərin seçkiyə qoşulması, istərsə də onların hamısının yığışaraq bir nəfərin namizədliyini irəli sürməsi heç bir nəticə verməyəcək. Bütün hallarda müxalifət namizədləri İlham Əliyevin qarşısında zəifdirlər və payızda keçiriləcək prezident seçkilərində İlham Əliyevə uduzmaq zorundadırlar. Milli Şura çox böyük sürətlə iflasa doğru gedir. Ola bilsin ki, Milli Şura içərisindən bir neçə nəfər müstəqil şəkildə öz namizədliklərini irəli sürsünlər. Bu mənada, mən orda vahid namizəd perspektivini görmürəm. Olsa da belə, Milli Şuranın vahid namizədi bu seçki-lərdə məğlubiyyətə uğrayacaq. Buna heç kəsin şübhəsi olmasın, yaxın gələcəkdə hamı bunun şahi-di olacaq. Ayrı-ayrı partiyaların namizədlərinin nə qədər şansının olmasına gəlincə, əlbəttə ki, on-lar konstitusion hüquqlarından istifadə edərək, özlərini cəmiyyətə təqdim etməyə çalışırlar. Lakin onların da İlham Əliyevlə müqayisə oluna biləcək üstünlükləri yoxdur. Hesab edirəm ki, İlham Əliyevin üstünlükləri bu seçkidə də ona çox böyük qələbə gətirəcək.
- İlham Əliyevin qələbəsindən sonra hökumətin yenidən formalaşdırılması məsələsi gündəmə gələcək. Necə düşünürsünüz, seçkidən sonra hazırkı komandada dəyişikliklər ediləcəkmi?
- Dəyişikliklər hər zaman mümkündür və hər zaman lazımdır. Azərbaycan çox böyük sürətlə dünyaya inteqrasiya olunur, dünya da sürətlə dəyişir. Azərbaycan idarəçiliyi də buna uyğun şəkildə formalaşmalıdır. Əminəm ki, Azərbaycan xalqınn da mütləq əksəriyyəti də əmindir ki, qarşıdan gələn prezident seçkilərində İlham Əliyev qalib gəldikdən sonra hakim komandada dəyişikliklər olacaq. Mən belə bir tendensiyanı müşahidə edirəm ki, İlham Əliyev son təyinatlarda gənclərə üstünlük verir. Düşünürəm ki, budəfəki seçkilərdən sonra hakim komandada bir sıra dəyişikliklər olacaq, əsasən də yeni, gənc kadrlar üzərində seçim ediləcək.
reytinqinfo.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi: "Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (FOTO)
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır