18-08-2013 [14:15]
Milli Şuranın vahid namizədi ilə bağlı yaranmış müəmmalı vəziyyətə qurumun 19 avqust sessiyasında son qoyulacağı, həmin gün ya yeni vahid namizədin müəyyənləşdiriləcəyi, ya da müxalifətin çoxsaylı namizədlərlə seçkiyə qatılacağı gözlənilir. Belə bir situasiyada görünən budur ki, kinorejissor Rüstəm İbrahimbəyovun vahid namizəd kimi proseslərə rəhbərlik etməsi və demokratik düşərgənin əsas kəsimini seçkilərə daşıması real görünmür.
Müsavat Partiyasının başqanı İsa Qəmbərin aylardır anonsunu verdiyi təhlükə - müxalifətin alternativ planlar hazırlamayacağı təqdirdə seçkilərdən kənarda qalacağı ilə bağlı deyilənlərin real olduğunu qəbul edən ayrı-ayrı partiya və şəxslər də, nəhayət, bu barədə danışmağa başlayıblar. Digər tərəfdən Mehman Əliyev xaric digər intellektual namizədlər seçkilərdə iddialı olmadıqlarını bəyan ediblər. M.Əliyev özü isə məsuliyyətin altına girməyə hazır olduğunu deməklə yanaşı, gözlənilən sessiyada sürprizlərin olacağını da istisna etmir. Bu mənada gözləntilər var ki, yenə də siyasi partiya liderlərindən birinə "stavka” olunsun. Düzdür, AXCP sədri Əli Kərimli "Obyektiv.tv”yə müsahibəsində İsa Qəmbərin namizədliyini dəstəkləyə biləcəyinin anonsunu verib: "İsa bəy Milli Şuranın vahid namizədi olmaq istəsə, mən ona dəstək verməyə hazıram. Ancaq gərək hamının dəstəyini alsın”.
Ə.Kərimli İ.Qəmbərin Rəsul Quliyev və Lalə Şövkətin də razılığını almasını zəruri sayıb və qeyd edib ki, o, gərək 2 illik prezident olmaqla bağlı şərtlə də razılaşsın: "Burada konsepsiya bundan ibarətdir. Mənim dəstəyimə gəlincə, kompromisin əldə olunmasını istəyiriksə, biz bu saat başqa istəklərimizin üzərində israr etməli deyilik. Bəlkə də kimsə kimdənsə bir qədər artıq imkanlara malikdir, yaxud əksinə. Bu saat onun üzərində diskussiya açmaq lazım deyil. Biz seçki kampaniyasına Milli Şura ideyası ilə getməliyik. Milli Şuradakı əsas siyasi partiyalar var ki, onların razılaşacağı istənilən ziyalı və siyasətçiyə razılıq verməyə hazıram. Təki vahid namizədlə seçkiyə gedək”. Düzdür, Ə.Kərimli seçkiyə qatıla biləcəyinin də mesajını verib: "Mən öz partiyamızın adından deyə bilərəm ki, biz bu kampaniyaya çox ciddi hazırıq. Təkbaşına 5-7 günə bütün 45 min imzanı toplamağa hazırıq. Bütün dairələrdə seçki qərargahları yaratmışıq. 10 mindən artıq könüllü səfərbər olunub, bunların hamısı rayon təşkilatlarımızda qeydiyyatdan keçib, 60-a qədər rayonda da təşəbbüs qruplarının yaradılması planlaşdırılıb. Adamların siyahısı da tutulub, sənədləri də toplanıb, təşəbbüskarlar da müəyyən olunub”. Sonuncu fikirlərdən belə qənaətə gəlmək olar ki, AXCP sədri də seçkilərə iddialıdır. Ancaq partiyanın mövqeyi bunu istisna edir.
AXCP sədrinin ortaya qoyduğu şərtlərə gəldikdə, artıq Müsavatın mövqeyi bəllidir. Partiya başqanının müavini Gülağa Aslanlı deyib ki, "Əli Kərimlinin belə bir mövqedən çıxış etməsi o anlama gəlməyə əsas yaradır ki, mən səni dəstəkləyə bilərəm, sən də məni dəstəkləməlisən”.
İki gün əvvəl yazdığımız kimi, təklif var ki, Rüstəm bəy heç Rusiya vətəndaşlığından imtinasını sona çatdırmasın. Ona da əminik ki, İbrahimbəyov Bakıya gəlsə, həbs edilməyəcək, düşərgənin birliyini qoruyacaq, Azərbaycana gəl-gedinə problem yaranmayacaq. Əminik ki, o, 19 avqustda İsa Qəmbərin vahid namizəd kimi dəstəklənməsinə çağırış etsə, Əli Kərimli, yaxud Lalə Şövkət bu təklifə qarşı çıxmayacaq. Niyə məhz İsa Qəmbər sualına gəlincə, qərəzdən uzaq olan hər kəs etiraf edir ki, İsa Qəmbər müxalifətdə birinci olmağa layiq siyasətçi olduğunu bu il bir daha sübut etdi. Üstəlik, R.İbrahimbəyov öz namizədliyi ilə bağlı problem yaranacağı halda İsa Qəmbəri dəstəkləyəcəyini ilk gündən deyib. AXCP sədri Müsavat başqanının vahid namizəd olması üçün digərlərinin razılığını da vacib sayır. Ancaq hər kəs qəbul edir ki, əsas razılıq müttəfiq AXCP rəhbərliyindən gəlməlidir. Müxalifətin iki aparıcı qüvvəsinin bir-birinə dəstək verdiyi halda nə Rəsul Quliyev, nə də Lalə Şövkətin əks mövqe sərgiləməsi vəziyyəti dəyişməyəcək. Əsas Əli Kərimlinin dəstəyidir, hökm deyil ki, başqaları da dəstəkləsin. Onsuz da Müsavat başqanı seçkilərə qatılacaq, AXCP liderindən fərqli olaraq. Belə olan təqdirdə İsa Qəmbərə dəstək verməməyin anlamı qalmır. Hər halda razılaşma üçün fürsət tam itirilməyib, həm birliyi qorumaq, həm də böyük qüvvə olaraq seçkilərə qatılmaq olar./musavat.com/
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi: "Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (FOTO)
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır