Milli Şura mitinqə 20 min adam çıxartmağı düşünür

img

17-08-2013 [12:33]


Bu gün ACP-nin qərargahında Milli Şuranın Mitinq Komitəsinin mətbuat konfransı keçirilib. Mitinq Komitəsinin rəhbəri Asəf Quliyev bir həftə ərzində mitinqə görülən hazırlıq işləri haqqında məlumat verib. O qeyd edib ki, mitinqə üç istiqamətdə təbliğat aparılıb. Bunlardan birincisi, mitinqə sosial şəbəkələr vasitəsilə 60 min nəfərə dəvət edilib. KİV vasitəsilə və Milli Şura üzvlərinin xalqla təması yaradılıb. Mitinqə hazırlıq tam yüksək səviyyədədir.

Bundan əlavə BŞPİ-nin və Baş Prokurulogunun rəis müavini görüş ilə keçirilib: "Mitinqdə təhlükəsizliyin qorunması ilə bağlı görüşlər keçirdik. Camaat rahat şəkildə meydana buraxılacaq. Bu il razılaşdırılıb ki, 10 yaşından yuxarı uşaqlar mitinqə girə biləcək. 10 yaşından aşağılar isə jurnalistlər üçün tikilən binanın parkında olacaq".

Quliyev marşrutların qrafikinin azaldılmasına da münasibət bildirib:

Əgər marşrutlar işləməsinə maneə yaradılsa, 28 May metrosundan Sahil metrosu da daxil olmaqla camaat rahat şəkildə yürüş edə biləcək. Səfirliklərlə əlaqə saxlanılıb ki, həmin ərazilərdə camaatın mitinqə gəlməsini təmin etsinlər".

***

Asəf Quliyev qeyd edib ki, İbrahim İbrahimli mitinqi aparacaq: "Çıxış edənlərin sayı 10 nəfərdir. Onlardan ikisi gəncdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA