Əli Kərimlinin müşaviri polis tərəfindən saxlanıldı

img

16-08-2013 [18:27]


Avqustun 16-da polis əməkdaşları AXCP sədrinin müşaviri Məmməd İbrahimi metronun «Nərimanov» stansiyası yaxınlığında saxlayıblar.

AXCP-dən AzadlıqRadiosuna bildiriblər ki, Məmməd İbrahim 40-cı polis bölməsinə aparılıb. 40-cı bölmədən isə onlarda bu haqda məlumat olmadığını dedilər. Avqustun 16-da Sumqayıtda həmçinin polis müxalifət nümayəndələrinin yığışdığı çayxananı bağlayıb. Bu haqda AzadlıqRadiosuna AXCP Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov məlumat verib. Onun dediyinə görə, qərargahları olmadığından Nərimanov Mədəniyyət Evinin arxasında yerləşən çayxanaya yığışırmışlar. Onun fikrincə, çayxananın bağlanması Milli Şuranın avqustun 18-ə təyin etdiyi mitinqlə bağlıdır: «Sumqayıtda müxalifət partiyalarının heç birinin qərargahı yoxdur. Həmişə ora yığışıb müzakirələr aparırıq. Bu gün səhər polislər gəlib çayxananı bağladılar. Bu da qarşıdakı mitinqlə bağlıdır. Sumqayıtda Milli Şurada təmsil olunan partiyaların nümayəndələri əhali arasında mitinqlə bağlı təbliğat kampaniyası aparır. Görünür, bunun qarşısını almaq üçün indi də bu yola əl atıblar». Sumqayıt şəhər Polis İdarəsindən isə bildirdilər ki, polis heç bir çayxananı bağlamayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA