Müasir Müsavat Partiyası seçkiyə tam hazırdır

img

15-08-2013 [15:00]


Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın namizədi Hafiz Hacıyevin Seçki Qərargahının toplantısı keçirilib. Toplantıda bir neçə gün əvvəl sənədləri MSK tərəfindən qəbul edilən partiyanın namizədininbundan sonra görüləcək işləri haqda müzakirələr aparılıb.

Toplantıda ilk öncə ötən həftəyə dair verilən tapşırıqlar barədə hesabatlar dinlənilib.Məlum olub ki,57 rayon təşkilatında seçki kompaniyasını apaacaq şəxslərin siyahıları artıq hazırdaı.

Keçən toplantıda 50 nəfərdən ibarət imzatoplayanların siyahısını təsdiq edən MMP Mərkəzi Seçki Qərargaahının üzvləri bütün respublikanı əhatə edəcək imzaların toplanmasında bu reqemin azlıq təşkil edəcəyini qeyd ediblər.Qərara alınıb ki imzatoplayanların sayı artırılsın.

Sonra regionlarda imzatoplayan şəxslərlə xüsusi mütəxəsislərin keçdiyi təlimlər haqda məlumat verilib.

Seçki qərargahının rəhbərliyinin və İşçi Qrupunun birgə məsləhəti ilə görüləcək müəyyən işlərin planlaşmasına yenidən baxmaq ,dairə və məntəqələrdə müşahidəçilərin yenidən dəqiqləşdirilməsinə ,məşvərətçi səs hüquqlu kamisiyya üzvlərinin siyahılarına yenidən baxılmasına qərar verilib.

Bundan sonra keçən toplantıda Seçki Qərargahının rəhbərinə namizədin seçicilərlə görüş qrafikinin hazır variantına baxış keçirilib.Hazırlanan görüş qrafik hələlik qənaətbəxş qəbul edilib.Nəzərə alınıb ki situasiyaya uyğun qrafikdə dəyişiklik etməyə hələlikehtiyac yoxdur.

Qeyd edək ki, Muasir Musavat Partiyası seçkiyə tam hazırdır


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA