Sülhəddin Əkbər mindiyi “Hummer”dən danışdı

img

15-08-2013 [14:21]


Mətbuatda Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun və ya Rəsul Quliiyevin Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərə 50 min manatlıq "Hummer” markalı avtomobil hədiyyə etdiyi bildirilir.

S.Əkbər isə yayılan məlumatı gülərək təkzib edib. O, Hafta.az-a açıqlamasında hazırda həmin maşından istifadə etdiyini təsdiqləsə də, başqasının olduğunu bildirib: "Eldar Namazovun o qədər pulu varsa, özünə maşın alsın. Onun və ya Rəsul Quliyevin mənə avtomobil alması gülünc iddiadır. Düzdür, mən hazırda "Hummer”dən istifadə edirəm. Maşını da qohumum idarə edir. Amma maşın heç onun da deyil. Bir dostundan müvəqqəti olaraq götürüb. Köhnə maşındı, qiymətini də bilmirəm”.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA