İsa Qəmbərin seçki qərargahının üzvünə 5 sutka həbs cəzası verildi (Yenilənib)

img

14-08-2013 [18:52]



Azər İsmayıla 5 sutka həbs cəzası verilib.

* * *

Ötən gecə Sabirabadda saxlanılmış Müsavat Partiyasının Sabirabad rayon təşkilatının keçmiş sədri Azər İsmayıl artıq məhkəməyə aparılır.

Verilən ilkin məlumatına görə, A.İsmayıl polisə müqavimətdə günahlandırılır.

AXP Sabirabad rayon təşkilatının sədri Novruz Quluzadə isə sərbəst buraxılıb.

* * *

Müsavat Partiyası partiya fəalının həbsi ilə bağlı bu gün məlumat yayıb. Partiyanın mətbuat xidmətindən virtualaz.org-a verilən məlumatda deyilir:

"Müsavat Partiyası Sabirabad rayon təşkilatının sədr müavini, İsa Qəmbərin Sabirabad rayon seçki qərargahının üzvü, imzatoplama kampaniyasının təlimatçısı, sosial şəbəkədə ölkədə baş verən qanunsuzluqlar haqqında müntəzəm məlumatlar yayan Azər İsmayılov 13 avqust 2013-cü il tarixdə saat 1930-2000radələrində Sabirabad şəhərində mağazadan ərzaq alarkən polis tərəfindən saxlanılıb və polis şöbəsinə aparılıb. Onun polis şöbəsinə nə üçün aparılması səbəbləri haqqında polisdən heç bir məlumat almaq mümkün olmayıb.

Bu məsələ ilə bağlı bu gün polis şöbəsinə gedən AXP Sabirabad rayon şöbəsinuin sədri Novruz Quliyev də polis şöbəsində saxlanılıb. Onlar haqqında protokol yazılaraq məhkəməyə göndərilməsi ehtimalı söylənilir.

Müsavat Partiyası Sabirabad rayon təşkilatının sədri Yavər Gülməmmədovun polis rəisi və yetkililəri ilə görüşmək istəyi hələ ki, yerinə yetirilmir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA