İlqar Məmmədovun həbs müddəti uzadıldı

img

14-08-2013 [18:43]


Avqustun 14-də Nəsimi Rayon Məhkəməsi REAL hərəkatının sədri İlqar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 2 ay müddətinə uzadıb.

Məlumatı "Media forum” saytına vəkil Fuad Ağayev verib. İlqar Məmmədov fevralın 4-dən həbsdədir. Yanvar ayında İsmayıllı rayonunda baş vermiş hadisələrə görə tutulan REAL hərəkatının sədri kütləvi iğtişaşlarda günahlandırılır. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA