MSK daha 2 nəfərin namizədliyini təsdiqlədi

img

14-08-2013 [16:31]


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Iclasda Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Ağası oğlu Əliyev və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Nadir oğlu Əliyevin prezidentliyə namizədliyi təsdiq edilib.

Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda, hər iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, prezidentliyə 11 namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Oruc və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevdir.
modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA