Şou-biznesin unudulan müğənniləri:Onlar indi haradadır?

img

13-08-2013 [16:48]



Şou-biznesdə şöhrəti yaxalaya bilən simalar olduğu kimi qısa müddətdə unudulanlar da az olmayıb.  Axşam.az saytı bir vaxtlar şou aləminə səs-küylə qatılan, indi isə adları belə yaddaşlardan silinən həmin müğənniləri təqdim edir.

Müğənni Günelşou-biznesə təmtəraqlı şəkildə qatılmışdı. O, jurnalların üz qabığında, maqazin verilişlərində tez-tez görünür, hər dəfə yeniliklər edəcəyini, digərlərindən öndə olacağını bildirirdi. Amma az müddət keçdikdən sonra Günelin adı unudulanlar siyahısına düşdü.



Aynurçoxlarının yaddaşında açıq-saçıq, cəsarətli fotosessiyaları ilə qalıb. Son vaxtlar isə gündəmdən tamamilə yox olub.



Arzum "Azəri star”müsabiqəsinin iştirakçılarından idi. O, olduqca tanınmış müğənni kimi fəaliyyət göstərirdi. Amma son iki ildə şou aləmindən uzaqlaşıb. Arzumun ailə həyatı qurduğu üçün sənətdən getdiyi iddia edilir.



Cavid Hüseynhəm müğənni, həm də bəstəkar kimi gündəmdə idi. Sənətdə lazımı qədər diqqət görmədiyi üçün küsüb, şou-biznesi tərk etdi.



Səbinə "Yeni ulduz”müsabiqəsinin iştirakçılarından olub. Gənc ifaçı "Onun yarısı” verilişində vokalist kimi çalışıb. Həmin vaxtdan sonra isə efirlərdən uzaqlaşıb.



























Digər xəbərlər
SON XƏBƏRLƏR