ABŞ Rusiyanın G-7-ə qayıtması üçün şərtini açıqlayıb

img

28-08-2019 [14:37]


ABŞ Dövlət Departamentinin Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Uolker Rusiyanın G-7 formatındakı əməkdaşlığa qayıtması üçün Krımı Ukraynaya qaytara biləcəyini söyləyib.

"Report” "Priamiy”TV-yə istinadən xəbər verir ki, Ağ ev rəsmisi müsahibəsində bildirib: "2014-cü ildə Rusiya G-8-dən Krıma görə çıxardılıb. İndi də bunun geriyə fırlanmasını görmək istərdim. Rusiyanın Krımdan çıxması əməkdaşlığın bərpasına gözəl imkanlar açardı”.

Avqustun 26-da ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini G-7-in növbəti görüşünə dəvət edəcəyini, lakin bu dəvətin qəbul ediləcəyinə əmin olmadığını deyib. 

Kremldən isə bu barədə rəsmi dəvət almadıqlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA