Prezident Elza Seyidcahanın dayısına mükafat verdi - FOTO

img

31-07-2019 [14:30]


Əməkdar artist Elza Seyidcahanın yaxın qohumu böyük uğura imza atıb. 

Belə ki, XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarında ölkəmizə səkkizinci qızıl medalı qazandıran pəhləvan Cəbrayıl Hacıyevin məşqçisi E.Seyidcahanın doğma dayısı olub.

Elza Seyidcahan saytımıza açıqlamasında bildirib ki, dayısı - şöhrət ordenli əməkdar idman xadimi, məşqçi Vahid Məmmədovun onun ifaçı olmasında da böyük rolu olub. Müğənninin sözlərinə görə, o vaxt onu konservatoriyaya - Arif Məlikovun yanına məhz dayısı V.Məmmədov aparıb:

"V.Məmmədov məşqçi olmaqla yanaşı həm də gözəl qarmon ifa edir. O bizim ailəmizin həm ağsaqqalı, həm də müəllimimiz olub. Belə insanlar tək-tək tapılır. Mən fəxr edirəm ki, mənim belə dayım var”.  

Xatırladaq ki, dünən Prezident İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb. Birinci yeri tutan hər bir idmançıya 10 000 manat, onun şəxsi məşqçisinə isə 5000 manat verilib/Yenisabah.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR