19-07-2019 [12:48]
Mingəçevirdə avtoxuliqanlıq edən sürücü saxlanılıb.
DİN-nin Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində polisin qanuni " saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.
Belə ki, "VAZ-2107” markalı 90-OF-116 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə avtomobildə olan konstruksiya dəyişikliyi ilə əlaqədar olaraq yol polisi əməkdaşları tərəfindən "saxla” əmri verilib. Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq, sürücü ictimai qaydanı və digər hərəkət iştirakçılarının da təhlükəsizliyini, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib. DYPB-nin əməkdaşları bir müddət sonra həmin avtomobili saxlamağa nail olublar. Sürücünün Mingəçevir şəhər sakini Murad Babayev olduğu müəyyən olunub. Eyni zamanda avtomobilin üzərində ödənmədiyi cəriməyə görə həbs olduğu da aşkar edilib.
Sürücü M. Babayev İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək toplanmış material Mingəçevir Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 sutka inzibati qaydada həbs olunub və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, M. Babayev əvvəllər də yol hərəkəti qaydalarını pozduğuna, avtoxuliqanlıq hərəkətləri etdiyinə görə yol polisi əməkdaşları tərəfindən barəsində dəfələrlə inzibati qaydada tədbirlər görülüb.
Şəmkirdə kütləvi zəhərlənmə olub
İsrail hərbçiləri gözü çıxarılan jurnalisti hıəbs edib
Rusiyanın sabiq prezidenti Makronu təhqir etdi, onu "xoruz" adlandırdı: "Zavalı quş özünü hinin kralı olduğunu sübut etmək istəyir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İSRAİL İLHAQ PLANINA START VERDİ: Qəzza və ətrafı nəzarətə götürüldü, bir milyon insan cənuba köçürüləcək
İstanbulda zəlzələ olub - 3.6 bal gücündə
5 ay əvvəl itkin düşmüş şəxsdən xəbər var - Öldürülübmüş!
Bakıda daha bir qətl: 47 yaşlı şəxs 31 yaşlı kişini öldürdü
Qəzzada aclıq: son 24 saatda 3 nəfər də ölüb
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Növbəti iki gündə külək güclənəcək - Xəbərdarlıq
"Həmin pulu Rəqsanə və ərinə şəxsən mən və qardaşım birlikdə vermişik" - Şikayətçi danışdı + VİDEO
Prezident və birinci xanım Gəncədə - FOTOLAR (YENİLƏNİR)
Tanınmış vəkilin fəaliyyətinə xitam verildi (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
KİM KİMƏ GÜZƏŞT EDƏCƏK? - Təhlil
Zümrüd Ağayeva beynəlxalq təyinat alıb
Ağ Ev "TikTok"da hesab açdı
Qanunsuz mərc oyunlarını reklam edən səhifələr bloklandı - Blogerlərə şok yaşadıldı
32 yaşlı şəxs 60 yaşlı kişi dayısını öldürüb - Bakıda (Yenilənib)
Ərdoğanla Putin telefonda danışdı - Müzakirə
Sabah pensiyalar ödəniləcək
Kamran Əliyev onları prokuror təyin etdi
Odessada müsəlman dini icmaların təmsilçiləri və diaspor fəalları ilə görüş olub - FOTOLAR
İrandan deport olunan əfqanlar avtobusda yandı - 19-u uşaq imiş...
Türkiyənin ən çox vergi ödəyicisi kimdir: nə Koç, nə Sabançı ailəsi, Bayraktar qardaşları önə çıxıb
Xalq artisti Roza Cəlilova qızını polisə verib - Açıqlama + VİDEO
I Liqada yeni mövsümün püşkü atılıb
"Fərid müəllim, bu, ayıbdır" - Partiya sədri cəmi bir ilə sürətlə yüksələn Agentlik rəhbərini məktəbli ilə müqayisə elədi və... (FOTOLAR)
Sabah hava necə olacaq? - Proqnoz
Sərhədimizi pozmağa cəhd edən əcnəbilər saxlanılıb
Lisey və gimnaziyalara seçim prosesinin nəticələri elan olunub
MİQ üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb
Qəzzada daha 5 uşaq ölüb
Rusiya Ukraynanın daha iki şəhərini bombalayıb
Əziz Orucov kassasiya şikayəti verib
Vətəndaşların hərbi xidmətlə bağlı məlumatları “mygov”a əlavə olunub
Qobustanda torpaq uçqunu olub - Bir nəfər ölüb
İxtisas seçimi başa çatdı - DETALLAR