18-07-2019 [17:54]
Zaur İBRAHİMLİ
***
Geosiyasi, geostrateji anlamda həssas bölgədə yerləşən Azərbaycan qlobal qarşıdurmaların təsirini hər zaman çox aydın şəkildə hiss edib.
Bu qarşıdurmalar qarışıqlıq, yadelli əsarət və torpaq itkiləri, vətəndaş müharibəsi ilə təzahür edib. Tariximiz elə bu qarşıdurmalar və onların fonunda formalaşıb. Bu baxımdan, azərbaycanlıların altşüurunda sabitlik prioriteti xüsusi önəm daşıyır. Xüsusən SSRİ-nin son və müstəqillik dövrünün ilk illərində baş vermiş hadisələr sabitliyə ictimai şüurda necə böyük önəm verildiyini sərgiləyib. Qlobal miqyasda baş verən hadisələr, dəyişikliklər Azərbaycanda ilk növbədə məhz sabitlik amili nöqteyi-nəzərindən qiymətləndirilir. Sabitlik üçün, azacıq da olsa, təhlükə daşıyan tendensiyalara, proseslərə cəmiyyətdə böyük şübhə ilə yanaşırlar. 2003, 2005-ci illərdə və hazırda da dünyada, qonşu dövlətlərdə baş verən proseslər fonunda bu şübhə və tərəddüdləri aydın hiss edirik.
Azərbaycanlılar islahatlara da sabitlik prizmasından yanaşırlar. İslahatlar niyyəti və proqramı sabitlik prioritetinə zidd olmadıqca, yaxud belə qəbul olunmadıqca, ictimai dəstək çox aydın şəkildə ifadə olunur. Azərbaycan cəmiyyəti məhz sabitlik prioriteti çərçivəsində islahatları dəstəkləməyə hazırdır. Bu çərçivədən kənar bütün təşəbbüslər xaos, qarşıdurma, dincliyin pozulmasına təhlükə kimi qiymətləndirilir. Bu baxımdan, cəmiyyət, adətən, yuxarıdan başlayan islahatları daha çox həvəslə dəstəkləyir. Ümumun qəbul etdiyi yanaşma "yuxarıların islahata təşviqi"dir. Yuxarıdan başladılan islahatlar məhz sabitlik prioriteti çərçivəsində nəzərdən keçirilir.
Son zamanlar həyata keçirilən islahatların təsiriylə xaricdən körüklənən emosiyalar vulkanı getdikcə sakitləşir və görünən budur ki, cəmiyyət, vətəndaşlar hökuməti islahatlara təşviq etməyə daha çox üstünlük verirlər.
Hökumət bu islahatlara olan ehtiyacı anlayır və müvafiq addımlarla cəmiyyətin gözləntilərinə cavab verir. Xüsusən bu ildə həyata keçirilən sosial islahatlar, sosial müdafiə siyasətinin gücləndirilməsi, əhalinin aztəminatlı hissəsinin dəstəklənməsi, biznes üçün əlverişli mühit yaradılması, vergi-maliyyə tədbirləri cəmiyyətdə xeyli müsbət gözləntilər yaradıb.
Yuxarıda qeyd etdiyimiz kimi, insanlar üçün hakimiyyəti islahatlara təşviq etmək yanaşması sabitlik prioritetindən doğan əsas davranış formasına çevrilib. Son 3 ildə xaricdən idarəolunan genişmiqyaslı manipulyasiya, təhqir, təhdid kampaniyası məhz cəmiyyətin bu yanaşmasının dəyişməsinə hesablanmışdı. Amma görünən budur ki, hakimiyyət əleyhinə total təhqir, söyüş kampaniyası gözlənilən nəticəni vermədi. Cəmiyyət bu şəxsləri, ən yaxşı halda, sosial şəbəkə "don kixotları” kimi qəbul edir və onlar, faktiki olaraq, şou-biznes xəbərləri kimi, ötəri maraq dairəsindən kənara çıxa bilmirlər. Bu uğursuzluq və gözləntilərin doğrulmaması taktika dəyişikliyinə səbəb olub. Yeni hücum istiqaməti seçilib - hüquq-mühafizə sistemi və onun əsas sütunlarından biri olan polis.
İctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Ölkəmizin ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının vacib rolu vardır.
Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması, kriminogen durumun nəzarətdə saxlanılması, digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkədə daxili sabitliyin və asayişin qorunması işini uğurla davam etdirir. Təsadüfi deyil ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında yer alır.
Azərbaycan polisi qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, tərəqqinin mühüm şərti olan sabitliyin təminatı üçün tədbirləri həyata keçirməklə öz effktivliyini nümayiş etdirib. Məhz bu səbəbdən cəmiyyət polisə dövlətin iğtişaşlara, başıpozuqluğa qarşı duran əsas təsisatı kimi yanaşır. Bir çox hallarda polisin fəaliyyəti ilə bağlı tənqidi yanaşma qabarsa da, bütövlükdə, ümumən polisə münasibət məhz pozitivdir.
Azərbaycan cəmiyyətinin yalnız qorxu, manipulyasiya ilə idarə olunması ilə bağlı iddialar da mifdən başqa bir şey deyil. Yalnız bu faktorlarla cəmiyyətin loyallığına, dəstəyinə nail olmaq mümkün deyil. Bunun kökündə yuxarıda qeyd etdiyimiz amillər həlledici təsirə malikdir. Azərbaycan polisinə münasibət də bu kontekstdədir.
Polisin fəaliyyəti ilə bağlı neqativ ictimai rəy yaratmaq, manipulyasiya, polisə reputasiya zərbəsi vurmaq cəhdləri bu münasibəti dəyişməyə hesablanıb. Polisin zorakı siyasi mübarizə, qarşıdurma, iğtişaş mühiti, kütləvi itaətsizlik nümunələri yaradılması və təbliği səylərinin qarşısını qətiyyətlə alması, ölkədə sabitliyin təmin olunmasıyla bağlı həyata keçirilən siyasi, iqitisadi islahatların müvafiq hüquq-mühafizə tədbirləriylə tamamlanması daxili işlər orqanlarını əsas hücum hədəfinə çevirib.
İqtisadi imkanları artdıqca, daxili işlər orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, polis əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər, həyata keçirilən yeniliklər, polisin güclənməsi Azərbaycanı təzyiq altında saxlamağa çalışanları ciddi narahat edir.
Polisə hcum etməklə eyni zamanda ölkədə ictimai-siyasi vəziyyətlə bağlı yaranmış konsensusu zədələmək, itaətsizliyi kültləvi davranış normasına çevirməyə çalışırlar. Mövcud ictimai-siyası sabitliyin, ölkə rəhbərliyinin bu istiqamətdə aparıdğı siyasətin əsaslarını sarsıtmağa səy göstərirlər.
İlk dəfə dövlətə münasibətdə "stabillik” terminini işlədən məhşur "Hökmdar” əsərinin müəllifi Nikolla Makiavelli vəhdət və stabilliyi ölkə rəhbərliyinin iki başlıca vəzifəsi kimi qeyd edirdi. Makavelli hesab edirdi ki, dövlətdə sabitliyin təminatı üçün ən effktiv yol, iğtişaşlara və sui-qəsdlərə yol veilməməsidir.
Qonşu bölgə və ölkələrdə baş verənləri təhlil edən cəmiyyət, vətəndaşlar Azərbaycanın bu sahədə uğurunu yüksək qiymətləndirir və sabitliyi ən vacib amil, şərt kimi dəyərləndirir, qəbul edirlər.
Məhz bu mühakimənin Azərbaycan cəmiyyətində əsas yanaşma olması, konsensusu təmin etməsi, ölkə rəhbərliyinin və polisin asayişin qorunması və ictimai-siyasi sabitliyin təmin edilməsiylə bağlı əldə etdiyi uğurlar Azərbaycanı təzyiq altında saxlamağa çalışanlara dinclik vermir.
Hazırda Azərbaycan rəhbərliyinə, polisə olan hücum və qarayaxma, gözdənsalma kampaniyası da ölkədə bərqarar olan sabitliklə bağlı ümumi yanaşma və konsensusun pozulması, iğtişaşlara zəminlər yaradılmasıdır. Bu vaxta qədərki təcrübə isə deməyə əsas verir ki, Azərbaycan cəmiyyətində bu cür təxribatlara qarşı güclü immunitet yaranıb və bu planlar uğursuzluğa düçar olacaq.
Strateq.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb