AzTV-də rəsmi yoxlama: materiallar Milli Məclisə göndərildi

img

05-07-2019 [22:47]


Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. 

Hesablama Palatasının mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:

-Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaitlərinin formalaşması və istifadəsinə dair;

-"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2018-ci il üzrə maliyyə hesabatlarına dair;

Kollegiya iclasında nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi, Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR