04-07-2019 [18:10]
Bir müddət əvvəl Rusiya və Azərbaycan mətbuatında "Akkord” Şirkətlər Qrupunun keçmiş rəhbəri İlqar Hacıyevin Moskva şəhərindəki ofisinə basqın edildiyi və iş adamının, guya, haqsız olaraq və sifarişlə Rusiya hüquq-mühafizə orqanlarının qəzəbinə gəldiyi haqda silsilə materiallar işıq üzü görməyə başlamışdı. Bir mərkəzdən ötürüldüyü və büsbütün İlqar Hacıyevin müdafiəsinə həsr edildiyi aşkar görünən bu materiallarda iddia olunurdu ki, guya, iş adamına qarşı bütün bu hücumların arxasında əslən Azərbaycandan olan başqa bir məşhur iş adamı – Qod Nisanov durur.
Eyni zamanda, sonradan İlqar Hacıyevin özünün də media vasitəsi ilə ölkə rəhbərliyinə müraciəti yayılmışdı.
Ancaq bugünlərdə Strateq.az-ın hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə ediyi bir məlumat iş adamıyla bağlı bir çox gerçəkləri üzə çıxarmaqla yanşı, aydınlaşdırıb ki, əslində İlqar Hacıyevin müdafiəsinə həsr edilmiş media kampaniyası da təsadüfi deyilmiş və əsas məqsəd də sabiq şirkət rəhbərinin problemini siyasiləşdirmək, milyonların talanmasından yaxasını qurtarmaq olub.
Belə ki, məlumata görə, Moskva şəhərində yaşayan Yusupov Vladislav İlyuşayeviç adlı Azərbaycan vətəndaşı, 20 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək, bildirib ki, dostu İsay Zaxaryayevin vasitəsi ilə tanış olduğu Hacıyev İlqar Əlləz oğlu, etibardan sui-istifadə etmə və aldatma yoluyla, 2016-cı ilin fevral ayının əvvəllərindən 2017-ci ilin mart ayının 22-dək olan müddət ərzində Moskva Vilayətində "Piroqovskaya Rivyera” yaşayış kompleksinin və digər layihənin tikintisinə investisiya qoyulması adı ilə ondan 10.000.000 (on milyon) ABŞ dolları məbləğində pulunu alaraq, ələ keçirib.
Vladislav Yusupov göstərib ki, İlqar Hacıyev onunla etibarlı münasibətlər yaradaraq, gələcəkdə ələ keçirmək məqsədi ilə 2016-cı ilin iyun ayının əvvəllərində İsay Zaxaryayevin vasitəsi ilə 3.000.000 (üç milyon) ABŞ dolları məbləğində pulu Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən hava limanının ərazisində və 7.000.000 (yeddi milyon) ABŞ dolları məbləğində pulu ayrı-ayrı vaxtlarda hissə-hissə Moskva şəhərində ondan alıb, lakin tikinti işlərini yarımçıq saxlayaraq, mənzilləri ayrı-ayrı vətəndaşlara satıb, ümumilikdə müvafiq məzənnəyə görə 17.000.000 (17 milyon) manat təşkil edən 10.000.000 (on milyon) ABŞ dolları məbləğində pulu dələduzluqla ələ keçirib.
Faktla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində 04 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Qeyd olunan informasiyalar artıq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən də təsdiq edilib.
Eyni zamanda, İlqar Hacıyev tərəfindən Rusiya Federasiyasının ərazisində digər dələduzluq əməllərinin törədilməsi ilə bağlı barəsində cinayət işləri istintaq olunmaqla yoxlamalar aparılır. Belə ki, Hacıyev İlqar Əlləz oğlu tərəfindən dələduzluq yolu ilə "Asfaltbetonservis CDS” və "Betas” məhdud məsuliyyətlərinə məxsus 341.000.000 (üç yüz qırx bir milyon) rubl məbləğində pulun ələ keçirilməsi faktına görə, barəsində 30 aprel 2019-cu il tarixində Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Qərb İnzibati Dairəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin Daxili İşlər İdarəsinin İstintaq idarəsində Rusiya Federasiyası CM-nin 159-cu maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb