14-06-2019 [11:21]
Ergün Diler
"Takvim”, Türkiyə, 12 iyun 2019-cu il
***
Hara baxırsınız baxın, demək olar ki, eyni mənzərəni görürsünüz. ABŞ, İngiltərə, Almaniya, Türkiyə, İtaliya, Fransa, Rusiya, hətta Çin belə iki hissəyə bölünüb. Bu hissələr hansısa bir formada birləşəcək. Hansı hissələr udacaq, hansıları uduzacaq? Hazırda dəyərli olan bu suala veriləcək cavabdır. Ancaq kimsə dəqiq bir şey söyləmək şansına sahib deyildir.
Mübarizənin getdiyi əsas yer ABŞ-dır. Vaşinqtonda fotoşəkil aydınlaşmadığı üçün sancı uzun çəkdi və yayıldı. I və II Dünya Müharibələrinin səbəblərinə hamilə olan mərhələdəyik. Hər yerdə böyük sıxıntılar var. Qlobal qaz sıxışması mövcuddur. 70 ildir davam edən sistem dəyişəcək. Ancaq necə dəyişəcək? Mövzu budur, savaş da buna görədir.
Qlobal miqyasda davam edən bu mübarizənin kölgəsi, təbii olaraq, Türkiyəyə də düşür. İki böyük müharibə Avropanın mərkəzində çıxıb. İndi isə görünən, görünməyən bütün güclər ABŞ-la Çin arasında çəkişmə halındadırlar. Heç adını eşitmədiyiniz soylular – xanədanlar, krallıqlar, knyazlıqlar və "üstün qanlılar” işin içindədirlər.
Daha öncə çox yazmışam. Əlbəttə, dünyanın son şəklini almasını istəyənlər adına səhnəyə çıxanlar da var. Bu şəxslərdən biri Stiv Bennondur. Hazırda heç bir vəzifəsi yoxdur. Trampın "ağlı” idi, kürəkənlə (Kuşner – tərc.) savaşdı və ayrıldı. Ancaq "dərin dövlət”in böyük məmuru olaraq hər yerdədir. Həm də elə belə deyil...
İtaliya və Fransada seçkiləri təşkil edən, ifrat sağı təkrar Avropa siyasətinin mərkəzinə gətirən Stiv Bennon son dövrdə Qazaxıstanda ortaya çıxdı. "Media Forum” üçün Alma-Ataya getdi. "Media Forum”, əlbəttə, onun Fransa və İtaliya ziyarətlərində olduğu kimi, bir bəhanə idi. Əsil iş başqa idi. Mart ayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ani olaraq öz vəzifəsini buraxması və yerinə Senatın sədri Qasım Jomart Tokayevi gətirməsi ölkənin Pentaqona doğru üz çevirdiyini göstərirdi.
Elədir, yoxsa 30 il ərzində ölkəni idarə edən bir şəxs sağlığı yerindəykən niyə istefa verirdi? Bunun arxa planında baş verənlər haqqında danışan yoxdur.

Hakimiyyətin təhvil verilməsindən öncə Qazaxıstana gedən Stiv Bennon, ehtimal daxilində olan hər hansı bir sürprizə izin vermək istəmirdi. Qasım Jomart Tokayevlə görüşən Bennon, Vaşinqtonun tələblərini amiranə şəkildə ona çatdırdı. Çinlə yaxınlaşan Nazarbayev böyük bir xəta etmişdi. Hətta vəzifəsini buraxdıqdan sonra onun ilk dəvət aldığı ölkə də Çin oldu. Nazarbayev istefa verdikdən bir neçə həftə sonra Çinə getdi. Pekində keçirilən II "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda fəxri qonaq kimi iştirak etdi. Qazaxıstanın ilk prezidenti olan Nursultan Nazarbayevə Çinin ən yüksək nişanı hesab edilən "Dostluq nişanı” təqdim edildi. Yəni, tərəflərin mövqeyi aydındır. Etiraz edən də, hər zaman olduğu kimi, "dərin ABŞ” idi.
Artıq Qazaxıstan Çinlə yaxın deyil. Ola bilməyəcək də. Ayrıca, Nazarbayevdən sonra Türkiyə ilə yaxın əlaqələr də bitdi. Çünki Pentaqon belə istədi, Bennon da bunu təminat altına almaq üçün Qazaxıstanda çox önəmli görüşlər keçirdi.
Çinə uzaq olan Jomart Tokayev, ABŞ Prezidenti Tramp və kürəkəni Kuşnerə də uzaq olmağa məcburdur. Bennon bunu təmin etdi. Bir dövr Trampın "ağlı” olan və seçkidə qələbəsini təmin edən Bennon, Qazaxıstanda görüşlərini başa çatdırdı və ölkəsinə döndü. Daha doğrusu, hamı belə bilirdi. Ancaq həqiqət başqa idi.
"Dərin ABŞ”-ın "dərin adamı” MKİ-nin xüsusi təyyarəsi ilə Tacikistan, Türkmənistan, Qırğızıstan və Özbəkistana uçdu. Bu 4 ölkəyə Çinlə yaxınlıqlarını bitirməsini tövsiyyə etdi. Təbii, "şirin” bir tonda... Qazaxıstanda olduğu kimi, əmr formasından istifadə etməyən Bennon, bu 4 ölkəni də razı saldı. Tacikistan, Türkmənistan, Qırğızıstan və Özbəkistanın ABŞ sanksiyaları altında, ağır iqtisadi şərtlərdə yaşamaq istəməməsi də, əlbəttə, burada böyük bir amil rolunu oynadı.
Yeri gəlmişkən, Qazaxıstandakı həmin forumda qonaq olan, Pentaqona məsafəli davranan sabiq ABŞ Prezidenti Cimmi Karterin sabiq köməkçi yardımçısı Mark Siqel isə Bennonun bu səfərlərindən narahat oldu.
Bennon açıq şəkildə Avropanı dizayn etdikdən sonra Orta Asiyaya keçdi. Çox sayda adam tənqid etsə də, Bennon, yeni dünya nizamının önəmli parçasıdır. Və öz işini yaxşı görür. Sevənləri deyir ki, "O, inandığı və bağlı olduğu gücün davamı üçün ağlından istifadə edir”.
Bennon Qazaxıstana uçmamışdan öncə Avropa Parlamenti seçkilərinə çox az bir zaman qalmışdı. Görəcəyi işlər olduğu üçün Avropaya da baş çəkdi. Bəzilərinə görə, Fransadakı gücünü yoxladı, bəzilərinə görə də, Avropa Birliyinin dağılması üçün addımlar atdı. Şərhlər müxtəlifdir. Lakin görünən odur ki, ABŞ Prezidenti Trampdan daha çox diqqət cəlb etdiyi Fransada istədiyini alaraq, Qazaxıstana getdi. Parisdən öncə Brüsseldə AB toplantısını basan şəxsin də Bennon olduğunu kiçik bir detal olaraq yadda saxlamanın faydası vardır. Seçki nəticələrinə görə, Fransada ifrat sağ qələbə çaldı. Fransada Marin Le Penin Milli Birlik Partiyası səslərini 21,2%-dən 24,52%-ə qaldıraraq qələbə qazandı. Makronun təsisçisi olduğu "Respublikaçı Marş” Hərəkatı 22,4% səs alaraq məğlub oldu. Yəni, Bennonun olduğu yerdə nəticələr Pentaqonun istədiyi kimi olur.
Bennonun hər bir ziyarəti rəsmi deyil. Bu səbəblə, MKİ-nin təyyarəsindən istifadə edir. Xəbər vermədən hava limanına enir, bəzən dənizdə bir yaxtada, bəzən də MKİ-nin etibarlı evlərindən birində görüşlər keçirir. Bunlar son dərəcə təbiidir. ABŞ daima bunu edir, indi də etməkdədir. Xüsusən də Çin kimi bir rəqibin olduğu halda, heç geri durmaz. Durmur da.
Bütün bunlar baş verərkən, ABŞ Çinlə hər yerdə savaşarkən, bəs Türkiyədə nələr olur? Deyəsən, hər kəs bunu bir az gözdən qaçırmaqdadır.
Rusiyadan S-400-lərin alınması səbəbilə əlaqələr gərilmişkən, 40 türk pilotun F-35 təliminə son verilmişkən, ABŞ burada boşmu dururdu? Bu, mümkün idimi? Türkiyə kimi kilid, "İpək yolu”na ruh, can verən bir ölkəyə münasibətdə özünü görməməzliyə vura bilərdimi? Əlbəttə, xeyr. Çinlə yan-yana gəldiyi halda, matçın nəticəsini dəyişdirəcək olan Türkiyənin öz marşurutunda sakit getməsi, irəliləməsi istənməzdi.
Sonda kiçik bir sualla fikirləri qarışdıraq. Boğazdakı hansı görkəmli evdə, hansı yaxtada, hansı nöqtələrdə ABŞ adına görüşlər keçirilir və burada kimlər iştirak edirlər? Və gündəlik nədir? İstanbul seçkiləri və Türkiyənin geopolitik rolu ola bilərmi? Boğazın sakinlərinin burada rolu varmı?
Təəssüf ki, AKP və Ərdoğan yenə "pulun sahibləri” ilə mübarizə etməyə məcbur qalacaq. Bu, ilk deyil, son da olmayacaq. Çünki bura Türkiyədir.
Tərcümə Strateq.az-ındır
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb