Bloklanmış yerli və xarici saytlara giriş açıldı

img

11-05-2019 [22:09]


Özbəkistanda bloklanmış yerli və xarici kütləvi informasiya vasitələrinə giriş açılıb.

Bu barədə məlumatı özünün Facebook səhifəsində Özbəkistan prezidentinin administrasiyası yanında informasiya və kütləvi kommunikasiyalar agentliyinin rəhbəri Komil Allamjonov verib.

Maraqladır ki, bu media saytlarının bundan əvvəl bağlı olması faktını məmur "texniki nasazlıqlarla” izah edib.

Allamjonov yazır ki, "araşdırma nəticəsində sözü gedən veb resursların Özbəkistanda tammiqyaslı işinə mane olan müəyyən texniki nasazlıqlar müəyyən edilib və bu saytların işinin bərpası üçün tədbirlər görülüb”.

Rəsminin sözlərinə görə, mayın 10-dan "Voice of America, Amerika ovozi, BBC Uzbek, Deutsche Welle, Amnesty International, Human Rights Watch, Reporters Sans Frontieres, Eurasianet.org, AsiaTerra, Fergana Agency, Centre1, Uzmetronom və başqa əcnəbi saytlara giriş tam bərpa olunacaq”.

Sadalanan medianın arasında AzadlıqRadiosunun Özbək xidmətinin - Ozodlik radiosunun adı yoxdur.

Allamjonov öz məlumatında ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desirə istinad edib.

Cənab Desir aprel ayında Özbəkistan hökumətini informasiya saytlarının bloklanmasına son qoymağa çağırmışdı/AzadlıqRadiosu

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR