26-04-2019 [11:54]
"AGBank” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvü olmuş Mixail Framsev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə ifadə verib.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, həmçinin sabiq nazirin köməkçi olmuş Vüqar Mahmudov bir çox pul əməliyyatlarını bu bank vasitəsi ilə həyata keçirib.
Mixail Framsev bildirib ki, Vüqar Mahmudovu təxminən 2011-2012-ci illərdən tanıyır, o, bankın müştərisi olub: "Təxminən 2005-2006-cı illərdə Litva Respublikasında fəaliyyət göstərən "ABLV” bankın əməkdaşları ilə münasibətlərim yaranıb. 2006-cı ildə həmin bank Azərbaycanda nümayəndəlik açdı. Baltikyanı ölkələrdə fəaliyyət göstərən banklar əsasən offşor ölkələrdə qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün hesablar açmaqla xidmət göstərirlər.
Azərbaycanda da müəyyən iş adamları həmin offşor müəssisələr açmaqla biznes fəaliyyətlərini həyata keçiriblər”.
Mixail Framsev qeyd edib ki, bank işçisi kimi 2010-2012-ci illərdə özünə bir neçə offşor müəssisəsi açıb: "Bu offşor müəssisələri xarici ölkələrdə biznes fəaliyyəti qurmaq üçün almışam. İnternet vasitəsi ilə offşor müəssisələrin açılması və qeydiyyata alınması çox sadədir. "ABLV” bankın offşor müəssisələrin qeydiyyata alınması üçün hüquqi firması var və bütün işlərlə həmin firma məşğul olur”.
Bank işçisinin sözlərinə görə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov və onun faktiki rəhbərlik etdiyi "Kaspian Kristal” MMC-də "AGBank”ın müştərilərindən olub: "Anar Mahmudov və "Kaspian Kristal” MMC-nin direktoru Fuad Hacıyevlə də münasibətlərim var. Onlar mənim bank işçisi kimi geniş əlaqələrə malik olduğumu bilib və bir neçə dəfə xarici ölkələrə pul köçürmək üçün mənə müraciət ediblər.
Onlar xahiş etdilər ki, nağd qaydada pulu onlardan Azərbaycanda qəbul edib, özümün xarici ölkələrdəki bank hesablarımdan onlara verilməsini təmin edim.
Münasibətlərim yaxşı olduğundan və onlara etibar etdiyim üçün təklifləri ilə razılaşdım. Bu məqsədlə sabiq milli təhlükəsizlik nazirinin köməkçisi Vüqar Mahmudov bir neçə dəfə mənə zəng edərək müxtəlif məbləğlərdə pul vəsaitlərinin gətiriləcəyini və bu pul vəsaitlərinin hansısa Avropa ölkəsində yerləşən müəssisənin hesabına köçürülməsini xahiş etdi.
Vüqarla danışandan sonra Fuad Hacıyev mənimlə əlaqə saxladı, göndəriləcək pul vəsaitinin məbləğini, hansı hesaba köçürülməli olduğunu bildirdi.
Daha sonra xatirlamadğım bir şəxs pul vəsaitini mənə xidməti otağımda çatdırdı.
Pul vəsaiti deyilən hesaba köçrürüləndən sonra Fuad Hacıyevə məlumat verdim. Fuadın bu barədə Vüqar Mahmudova məlumat verib-vermədiyini bilmirəm. Bu pul köçürmə hadisəsi bir neçə dəfə təkrarlanıb. Bu barədə mənə Vüqar Mahmudovdan başqa Fuad Hacıyev və Anar Mahmudov da müraciət edib.
Bu pulların mənbəyi barədə məlumatım yoxdur. Onların dedikləri hesablara pulları özümün offşor müəssisələrimin "ABVL” bankında olan hesabımdan ödəmişəm. Ümumi şəkildə deyə bilərəm ki, Vüqar Mahmudovun bildirməsi ilə mənə Fuad Hacıyev tərəfindən 10 milyon manat pul vəsaiti göndərilib. Ümumilikdə isə Fuad Hacıyev tərəfindən mənə 25 milyon manata yaxın pul vəsaiti göndərilib”.
Bank işçisi deyib ki, 2012-2013-cü illərdə Vüqar Mahmudovun xahişi ilə onun üçün iki offşor müəssisəsi açıb. Qeyd edib ki, həmin müəssisələr vasitəsi ilə xaricə köçürülən pulların sonrakı istifadəsindən məlumatı olmayıb.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib/teleqraf.com
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb