24-03-2019 [19:51]
Nursultan Nazarbayevin istefası taktiki xarakter daşıyır və siyasi manevrdən başqa bir şey deyil.
Bunu virtualaz.org-un əməkdaşı ilə söhbətində bütün postsovet məkanı üçün səs-küylü hadisəni şərh edərkən qazaxıstanlı politoloq Maksim Kaznaçeyev deyib. O xatırladıb ki, Qazaxıstanın eks-prezidenti respublikanın Təhlükəsizlik Şurasının sədri və "Nur Otan” iqtidar partiyasının lideri vəzifələrini öz əlində saxlayıb.
"Əslində, istefa növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədardır. Konstitusiyaya görə, seçkilər ən uzağı iki ay ərzində keçirilməlidir. Artıq keçmiş prezident olan Nazarbayev, yəqin ki, seçkilərdə iştirak edəcək. Parlamentin spikeri Kasım-Jomart Tokayev isə, sadəcə olaraq, seçkilərin nəticələri məlum olana qədər prezidentin vəzifələrini icra edəcək. Beləliklə, hələlik söhbət vəzifələrin transferindən deyil, Nazarbayevin növbəti seçkilərindən gedir”, - ekspert hesab edir.
M.Kaznaçeyev qeyd edir ki, Qazaxıstan prezidenti mütəmadi olaraq – seçkilər mexanizmi vasitəsilə öz legitimliyini təsdiq edir. Son 15 il ərzində heç bir prezident seçki kampaniyası konstitusiya ilə nəzərdə tutulmuş müddətlərdə baş tutmayıb. Növbəti seçkilər 2020-ci ildə keçirilməli idi və qərara alınıb ki, seçkilər bir il tez təşkil olunsun. Bu cür təcrübə Qazaxıstan üçün normadır.
"Tezliklə ictimai fikir liderlərinin bir qrupu yenidən Nazarbayevdən xahiş edəcəklər ki, öz namizədliyini irəli sürsün. O, bu təklifi qəbul edəcək və şübhəsiz ki, növbədənkənar prezident seçkilərini qazanacaq. Növbədənkənar seçkilər artıq üçüncü dəfədir ki, keçirilir, lakin istefa qərarı ilk dəfə verilirdi.
Dövlət başçısının səlahiyyətləri hazırda senatın sədri Kasım-Jomart Tokayevə keçib, lakin Nursultan Nazarbayevin hakimiyyəti itirmək qorxusu yoxdur, çünki ölkədə ciddi müxalifət yox dərəcəsindədir”, - politoloq vurğulayıb.
Qazaxıstan kosntitusiyasına əsasən, növbədənkənar seçkilər bu ilin may ayında keçirilməlidir. Bu cür qısa müddətdə müxalifətdən və elitadaxili qruplardan kiminsə seçkilərə yaxşı hazırlaşması, ekspertin fikrincə, çox çətindir. Bu isə o deməkdir ki, faktiki olaraq, ötən seçkilərdə olduğu kimi, Nazarbayevin rəqibi rolunu hakimiyyətin "təyin etdiyi” statist namizədlər oynayacaq.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər