Şəfa Mehmanqızı yenidən mətbuat katibi TƏYİN OLUNDU

img

07-03-2019 [15:55]


Tanınmış aparıcı Şəfa Mehmanqızı yenidən mətbuat katibi təyin edilib.

Ş.Mehmanqızı Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Şəfa Mehmanqızı Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb.Ondan əvvəl 3 il yarımdan çox müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri olub.2016-cı il yanvarın 25-də isə öz ərizəsi ilə işdən azad olunub.

Ondan daha əvvəl isə Ş.Mehmanqızı 2013-cü ilin iyun ayınadək Xəzər Televiziyasında "Bizim gün” səhər proqramının aparıcısı kimi fəaliyyət göstərib/Unikal.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA