01-03-2019 [10:22]
İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, hakim "5 Ulduz Hərəkatı” Partiyasının üzvü, senator Stefano Luçidi Senatın plenar iclasında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar çıxış edib.
Mia.az-ın xəbərinə görə, senator qeyd edib ki, müasir tarixin az tanınan və ya demək olar, heç tanınmayan faciələrindən birini bu auditoriyaya və ölkəyə xatırlatmaq üçün İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yeni sədri kimi çıxış etməkdən məmnunluq duyur.
"Məhz bu gün, 26 fevral 1992-ci il tarixi Xocalı qətliamının iyirmi yeddinci ildönümüdür və bu gündə Dağlıq Qarabağ müharibəsi zamanı çoxlu sayda etnik mülki azərbaycanlı qətlə yetirilmişdir. Ermənistan ordusunun Xocalı şəhərinə hücumu zamanı müxtəlif qiymətləndirmələrə görə 613 mülki şəxs öldürülmüş, bir çoxları əsir götürülmüşdür. "Human Rights Watch” təşkilatı Xocalı qətliamını "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən böyük və dəhşətli qırğını” kimi təsvir etmişdir.
Xatırlatmalıyam ki, Sovet İttifaqının dağılması və ittifaqı təşkil edən çoxsaylı etnik qrupların müstəqillik qazanması kontekstində sovet sisteminin çökməsindən sonra həmin etnik qruplar öz aralarında müharibəyə başladılar. Təəssüf ki biz Balkan yarımadasında olduğu kimi gördük ki, keçmiş sovet respublikalarının müstəqillik hərəkatlarının doğurduğu müharibələr əsl soyqırımlar yaratdılar və başqasına münasibətdə bir etnik qrupun kökünü kəsmək məqsədilə əhaliyə zərbələr endirdilər.
Dağlıq Qarabağ müharibəsi ümumiyyətlə az tanınmışdır, lakin bu gün də davam edir. Keçmiş qanunvericlik dönəmində münaqişənin yenidən alovlanması ilə bağlı narahatlığımızı ifadə etmişik, həqiqətən 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan qoşunları arasında toqquşmalar oldu və döyüş bölgəsində hər iki tərəfdən təxminən 180 hərbçi öldürüldü. Ümid edirəm ki, tərəflər arasında dialoqun təşviq edilməsi üçün yeni təşəbbüslər irəli sürüləcək və beləliklə uzun müddətdir ki davam edən münaqişə qəti olaraq həll ediləcəkdir. Bu münaqişə hər an baş verə biləcək davamlı müharibə vəziyyəti yaratmaqla cəlb olunan ölkələrin cəmiyyətlərinə ağır təsir edir və göründüyü kimi bundan vətəndaşlar, demokratik qaydalar və gündəlik həyatın normallığı əziyyət çəkir.
Bunun üçün arzu edirəm ki, soyuq müharibəninin fəsadlarını nəhayət ki aradan qaldırmaq üçün regionun bu iztirablarına son qoyaraq və müharibə qurbanlarına ədaləti təmin edərək, dialoqu təşviq etmək və tezliklə BMT-nin qətnamələrinə müvafiq olaraq sülhə nail olmaq üçün İtaliya hökuməti təşəbbüs irəli sürəcəkdir”, - Stefano Luçidi vurğulayıb.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər