01-03-2019 [10:11]
Nazirlər Kabineti "az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və "Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nı təsdiq edib.
Qaydalara əsasən domen adının səviyyəsi domen adındakı simvollar qrupunu ayıran nöqtənin (".”) sayından bir ədəd çox olan göstərici, ölkə kodlu yüksək səviyyəli domen adı qlobal internet şəbəkəsində ölkəyə məxsus milli seqmenti əks etdirən domen adı, alt domen hər hansı domen adına nisbətdə daha aşağı səviyyəli domendir.
"Stop-list” siyahısı domen adı kimi qeydiyyatına məhdudiyyət və ya qadağa qoyulmuş söz və ya ifadələrdən ibarət siyahı , domen adları sistemi (DNS- Domain Name System) internetə qoşulmuş kompüter, xidmət və digər resurslara ad verən iyerarxik mərkəzləşmiş sistemdir.
"az” şərti işarəsi Azərbaycan Respublikasına mənsub olmaqla, qlobal internet şəbəkəsində Azərbaycan Respublikasına məxsus milli seqmenti əks etdirən yüksək səviyyəli ölkə kodudur. Sifarişçi "az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatçısını sərbəst seçmək hüququna malikdir. "az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığı domen adlarının milli inzibatçısı (Milli inzibatçı), domen adlarının qeydiyyatı və onlara texniki xidmət isə yerli və ya xarici qeydiyyatçılar tərəfindən aparılır. "gov.az” domen zonasının inzibatçılığı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq qaydalara uyğun tənzimlənir. Qeydiyyatçılar domen adlarının qeydiyyatının sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bu Qaydaların tələbləri nəzərə alınmaqla, qeydiyyatın elektron formada aparılmasını təşkil edirlər.
Domen adının qeydiyyata alınması, qeydiyyatının ləğv edilməsi və ya qeydiyyat məlumatlarında hər hansı dəyişikliyin aparılması, həmçinin domen adına texniki xidmətin göstərilməsi və ya texniki xidmətin dayandırılması Sifarişçinin Qeydiyyatçıya elektron müraciəti əsasında həyata keçirilir.
Sifarişçi domen adının qeydiyyata alınması məqsədi ilə elektron formada müraciət üçün Qeydiyyatçının internet informasiya ehtiyatında qeydiyyatdan keçərək və ya elektron imza sertifikatlarından istifadə edərək istifadəçi hesabı yaradır. Bu istifadəçi hesabı qeydiyyatın ləğv edilməsi və ya qeydiyyat məlumatlarında hər hansı dəyişikliyin aparılması, həmçinin domen adına texniki xidmətin göstərilməsi və ya texniki xidmətin dayandırılması ilə bağlı müraciətlər zamanı da istifadə edilir. Başqalarının fərdi məlumatlarından istifadə edərək qeydiyyatdan keçmək yolverilməzdir.
Fiziki şəxslər internet informasiya ehtiyatında qeydiyyatdan keçməklə, istifadəçi hesabı yaradarkən özləri barədə aşağıdakı məlumatları daxil edirlər:
- adı, soyadı və atasının adı, vətəndaşlıq mənsubiyyəti, ünvanı;
- əlaqə məlumatları (sabit və (və ya) mobil telefon nömrəsi, elektron poçt ünvanı);
-şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, verildiyi orqanın adı və tarixi;
- fərdi sahibkardırsa - vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).
Hüquqi şəxslər istifadəçi hesabı yaradarkən aşağıdakı məlumatları daxil edirlər:
- rəhbərinin və ya nümayəndəsinin adı, soyadı və atasının adı, vətəndaşlıq mənsubiyyəti, ünvanı;
- həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, verildiyi orqanın adı və tarixi;
- hüquqi şəxsin tam adı, qeydiyyatdan keçdiyi ölkəni göstərməklə, ünvanı və əlaqə məlumatları (sabit və (və ya) mobil telefon nömrəsi, elektron poçt ünvanı);
- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).
Sifarişçilər istifadəçi hesablarına qeydiyyat zamanı istifadə edilmiş üsulla, yəni istifadəçi adı və şifrə və ya elektron imza sertifikatlarından istifadə etməklə daxil olurlar. Domen adlarının qeydiyyatı zamanı Sifarişçiyə domen adının Qeydiyyat müqaviləsi ilə tanış olmaq, habelə qeydiyyat məlumatlarını daxil etmək, Qeydiyyata alınması və texniki xidmətlərin göstərilməsi ilə bağlı ödənişləri elektron formada həyata keçirmək imkanı yaradılır. Sifarişçi tərəfindən Qeydiyyat müqaviləsinin şərtlərinə razılıq verildikdən sonra elektron müraciət Qeydiyyatçıya göndərilir. Elektron müraciətin qəbul edildiyi barədə Qeydiyyatçı tərəfindən Sifarişçinin elektron poçt ünvanına və istifadəçi hesabına dərhal bildiriş göndərilir və bu bildiriş Sifarişçiyə göndərildiyi andan müraciət baxılması üçün qeydiyyata alınmış hesab edilir. Bütün müraciətlərə eyni əsaslarla, onların daxilolma ardıcıllığı ilə ən geci 3 (üç) iş günü müddətində baxılır və nəticəsi barədə qərar Qeydiyyatçı tərəfindən Sifarişçinin elektron poçt ünvanına və istifadəçi hesabına göndərilir. Domen adının qeydiyyata alınması barədə qərar Qeydiyyatçı tərəfindən Sifarişçiyə göndərildiyi andan onlar arasında Qeydiyyat müqaviləsi qüvvəyə minmiş hesab edilir.
Domen adının qeydiyyat dövrü bir dəfəyə 10 ildən çox, 1 ildən az olmamaqla, Qeydiyyat müqaviləsi ilə müəyyən edilir və qeydiyyat dövrünə görə ödəniş illər üzrə hesablanır. Bu Qaydalar, habelə domen adlarının nümunəvi Qeydiyyat müqaviləsi, müraciət forması və qeydiyyat proseduru barədə məlumatlar qeydiyyatçıların internet informasiya ehtiyatlarında və Milli inzibatçı tərəfindən idarə olunan "www.whois.az” internet informasiya ehtiyatında yerləşdirilir. Sifarişçi domen adının cari vəziyyəti barədə Milli inzibatçı tərəfindən idarə olunan "www.whois.az” internet informasiya ehtiyatında sorğu verməklə məlumat əldə edə bilər.
Domen adının seçimində aşağıdakı texniki tələblərə riayət edilməlidir:
- domen adı ən azı 3 (üç) və ən çoxu 63 simvoldan ibarət ola bilər;
- domen adında yalnız ingilis (Azərbaycan Respublikasının dövlət dilində domen adlarının qeydiyyatı tətbiq edildiyi halda isə, həmçinin Azərbaycan) əlifbasında mövcud olan hərflər, ərəb rəqəmləri (0-9) və defis (-) işarəsi ola bilər;
- domen adının başlanğıcında və sonunda defis (-) işarəsindən, habelə domen adında ardıcıl defis (-) işarələrindən istifadə oluna bilməz.
- Domen adının seçilməsi zamanı Azərbaycan Respublikasına aid coğrafi adlardan (rayon, şəhər, bölgə, dağ, çay, qoruq və s.), özünün, varislərinin və ya qanuni nümayəndələrinin razılığı olmadan görkəmli və tanınmış şəxsiyyətlərin soyadlarından, adlarından, təxəllüslərindən və bunlardan yaranan ifadələrdən, onların müxtəlif dillərə tərcümə edilmiş formalarından istifadəyə yol verilmir. Belə domen adlarının qeydiyyatı həmin şəxslərin, onların varislərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırıldıqdan sonra qeydiyyata alınır.
- İctimai qaydaya, mənəviyyata və ya əxlaqi normalara zidd, insan ləyaqətini alçaldan, milli ədavəti qızışdıran, dini dəyərləri təhqir və təhrif edən, qəddarlığı, zorakılığı və qanunla qadağan edilən digər hərəkətləri müdafiə edən söz və ya ifadələrin domen adında istifadəsinin qarşısının alınması məqsədi ilə sahə üzrə beynəlxalq təcrübə və Nazirliyin rəyi nəzərə alınmaqla, Milli inzibatçı tərəfindən "Stop-list” siyahısı müəyyən olunur.
Domen adında ictimai qaydaya, mənəviyyata və ya əxlaqi normalara zidd, insan ləyaqətini alçaldan, milli ədavəti qızışdıran, dini dəyərləri təhqir və təhrif edən, zorakılığı və qanunla qadağan edilən digər hərəkətləri ifadə edən söz və ya ifadələrdən, onların qısaldılmış və ya müxtəlif dillərə tərcümə edilmiş formalarından istifadəyə yol verilmir. Belə hallar olduqda Qeydiyyatçı domen adının qeydiyyata alınmasından imtina etmək və ya qeydiyyatı ləğv etməklə yanaşı, müvafiq domen adının "Stop-list” siyahısına daxil edilməsi məqsədi ilə Milli inzibatçıya bildiriş göndərir.
Domen adının seçilməsi zamanı sifarişçilərə rəsmi adlarına, fəaliyyət istiqamətlərinə və ya onların həyata keçirəcəyi layihənin mahiyyətinə uyğun olan domen adının seçilməsi tövsiyə edilir. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanuna əsasən, domen adı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanının təkrarlandığı, ona oxşadıldığı, tərcümə və ya transliterasiya edildiyi hallarda qeydiyyata alınmışdırsa və ya internet şəbəkəsində haqsız istifadə edilərsə, geniş tanınmış əmtəə nişanının sahibinin hüquqlarının pozulması hesab edilir. Bu halda geniş tanınmış əmtəə nişanının sahibi məhkəmə qaydasında mübahisə yaradan domen adının qeydiyyatını aparan orqandan onun qeydiyyatına xitam verilməsini və ya həmin adın geniş tanınmış əmtəə nişanının sahibinə qaytarılmasını tələb edə bilər. Domen adının seçilməsi zamanı üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Sifarişçi məsuliyyət daşıyır.
Azərbaycanın dövlət orqanlarının (qurumlarının), onların strukturlarına daxil olan və ya tabeliyindəki qurumların, beynəlxalq qurumların, idarə və müəssisələrin, həmçinin ictimai və siyasi təşkilatların adlarından, onların adlarının qısaldılmış və ya müxtəlif dillərə tərcümə edilmiş formalarından domen adında istifadəyə yalnız həmin qurumların yazılı müraciəti və ya razılığı əsasında icazə verilir. Ehtiyatda saxlanılan domen adlarının qeydiyyatı Nazirliyin razılığı əsasında həyata keçirilir. Ehtiyatda saxlanılan domen adlarının siyahısı dövlət orqanlarının (qurumlarının) rəy və təklifləri əsasında Nazirlik tərəfindən müəyyən edilir. Ümumistifadəli ikinci səviyyəli domen adları üçüncü səviyyəli domen adlarının qeydiyyatı məqsədi ilə ehtiyatda saxlanılır. Yeni domen adlarının ümumistifadə üçün müəyyən edilməsinə dair qərar Nazirliyin rəyi nəzərə alınmaqla Milli inzibatçı tərəfindən qəbul edilir. Eyni domen adlarının qeydiyyata alınması ilə bağlı ilk müraciət edən şəxsə üstünlük verilir.
Hospitalın rəisi vəzifədən azad edilib - Zakir Həsənov polkovnikə yeni vəzifə verdi
Dövlət Statistika Komitəsinin sədri kollektivə təqdim olunub - Xalid Əhədov tərəfindən
Prezident İlham Əliyev fərman imzaladı - Qrantla bağlı
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
Pezeşkian: "Etirazı bir nemət kimi görürük, amma..." - "Heç bir əsl iranlı məscidi yandırmaz"
İsrail ordusu Livanın cənubunu bombalayıb
Xalq artisti: "Əgər yazıçı 5 manatından keçib teatra gəlmirsə, mən niyə onun kitabını almalıyam?"
Prodüsser Ayşe Barıma 12.6 il həbs cəzası verildi
"Neftçi" klubu cərimələnib
Onlar direktor təyin olundu - SİYAHI
"Hələ zavod çörəyi bahalaşmayıb, amma..." - Ekspert
Əməkdar artist: "...bir daha bu dünyaya gəlmə!" - VİDEO
“Kapital Bank” müştərilərin bank kartlarını niyə kütləvi bloklayır? - Maaşlar da "qara siyahı"dadır
Semeru dağında vulkan ard-arda beş dəfə püskürüb - İndoneziyada
Almaniya ordusu "dron sürüsü" alır - 536 milyon avro dəyərində
"Turan Tovuz”un məşqçisi cəzalandırıldı - Kluba isə 10 min manat cərimə kəsildi (VİDEO)
Pensiyalar iki aylıq artımla bir yerdə veriləcək - AÇIQLAMA
FAO ilə ANAMA ilə arasında yeni əməkdaşlıq müzakirə olunub
Epşteyn işi: 6 milyonçunun adı niyə sənədlərdə gizlədilib?
"Qəbələ" klubu əcnəbi futbolçu ilə anlaşıb
Mərkəz: "Ölkənin yeyinti məhsullarının ixrac dəyəri 22,6 % artıb"
Bakı və Əbu-Dabi arasında Anlaşma Memorandumu imzalanıb
İLHAM ƏLİYEV MÜŞAVİRƏ KEÇİRİB - VİDEO, FOTOLAR
"Qarabağ" – "Nyukasl" matçının biletləri sabah satışa çıxarılır
"Kamerasız gəl..." - Deputat Tahir Mirkişilinin qardaşı sakinlərin çıxarışını verə bilmir, qalmaqal böyüyür (VİDEO)
Məşhur aktyor 45 yaşında qəfildən vəfat etdi - Gecə yarısı + FOTO
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Müzakirə
Sabah hava necə olacaq? - Proqnoz
CHP sədrindən yeni ədliyyə naziri təyinatına sərt reaksiya: "Sabah daha pis olacaq"
Məşhur YAP-çı: "Kişisənsə qorxmaq nə deməkdir?!" - "Partiyamızın sədri məsləhət bilsə, deputatlığa..." (MÜSAHİBƏ)
"Mən o ailəyə heç salam da vermirəm” - Əli Mirəliyevdən Xalq artistinin bacısı qızının həbsinə reakisya
Daha bir CHP-li bələdiyyə sədri saxlanıldı - Paylaşıma görə
Cəlilabadda polis əməliyyatı: 3 nəfər tutulub
KARTLA İŞLƏYƏN SAYĞACDA BORC NECƏ YARANIB Kİ? - "Azəriqaz"dan anormal qərara anlaşılmaz izah + VİDEO
Politoloq Azər Qasımlıya 13 il həbs tələb olundu - Məhkəmə prosesi
İmişlidə iki nəfər 15 kq narkotiklə tutulub
İlham Əliyev Pezeşkiana məktub göndərdi - MƏTN
"Fənərbağça"dan ərəb komandasına keçən hücumçu ilk qolunu atdı - Qətər komandası darmadağın oldu
Netanyahunun təyyarəsi yolunu uzatdı - Buna görə
Suriya ordusu Həsəkə bölgəsindən geri çəkilir
Hürrem Sultan və “Bosforda boğulan 240 qadın”...
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib- Səbəb
ABŞ Vitse-prezidenti və həyat yoldaşı Şəhidlər xiyabanıda - VİDEO
Cey Di Vensin sildiyi status... - TƏHLİL
Azərbaycan nefti cüzi ucuzlaşdı