Bağdad Hava Limanında saxlanılan jurnalist Mia.az-a açıqlama verdi: "Günah özümdədir"

img

27-02-2019 [10:23]


Jurnalist Səbuhi Məmmədlini 8 saata yaxındır Bağdad Hava Limanında saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə jurnalist özü sosial şəbəkədəki səhifəsində yazıb. 

Onun sözlərinə görə. pasportu əlindən alınıb.

Jurnalist hava limanından fotosunu da paylaşaraq, bildirib ki, onu türmə kimi yerə salaraq gözlədirlər: "Məni deport edəcəkləri gözlənilir".

Məsələ ilə bağlı Mia.az-a açıqlama verən jurnalist deyib ki, əslində, günah özündədir: "Vizam jurnalist kimi alınmayıb, problem buna görə yaranıb".

Qeyd edək ki, jurnalistlə bağlı vəziyyət hələ də qeyri-müəyyən qalmaqda davam edir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA