14 nəfərlik avtobusda 44 qanunsuz miqrant yaxalandı

img

25-02-2019 [12:12]


Türkiyənin Van şəhərinin Gülpınar rayonunda 14 nəfərlik avtobusda miqrantların daşındığı ortaya çıxıb.

"Qafqazinfo” "Hurriyet”ə istinadən xəbər verir ki, E. Ö. Adlı sürücünün idarə etdiyi avtobusda 32 Əfqanıstan, 12 Pakistan vətəndaşı olmaqla ümumilikdə 44 qanunsuz miqrant olub. 

Saxlanılan sürücü məhkəməyə çıxarılaraq həbs olunub. 

Mühacirlər isə dindirildikdən sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR